Təfsirçilərin məşhur nəzərinə əsasən Bəni- İsrail surəsi[1] Məkkədə nazil olub və Məkkə surələrindəndir.[2]
Ümumiyyətlə bəni- İsrail surəsinin əsas məsələləri aşağıdakılardır:
1. Nübuvvət, Quranın möcüzə olmasına, peyğəmbərin s. meraca getməsinə dəlalət edir.
2. Məad məsələləri, cəza, mükafat, əməl naməsi və s...
3. Bəni- İsrail qövmünün macəra ilə dolu tarixi surənin başıanğıcı və axırında gəlmişdir.
4. İradə və ixtiyar məsələsində azadlıq, hər cür yaxşı və pis əməlin nəticəsi insanın özünə qayıdır.
5. Bu dünyadakı hesab və kitab məsələləri o biri dünyaya bir nümunədir.
6. Hər kəsin haqqını tanımaq, xüsusilə qohumlar və ata- ananın.
7. “İsraf və bədxərclik”, “ simiclik ”, “ övlada qəsd”, “ zina”, “yetimin malını yemək”, “ satan zaman çəkidə düz çəkməmək”, “ Təkəbbür” və “ qantökmə”-nin haramlığı.
8. Tohid və Allahı tanıma məsələri.
9. Haqq qarşısında hər cür inadkarlıqla mübarizə. Günahlar insan və haqq arasında bir pərdədir.
10. İnsanın şəxsiyyəti, onun başqa məxluqlara nisbətən üstünlük və fəzilətləri.
11. Quranın hər cür əxlaqi və ictimai xəstəliklərin müalicəsinə təsiri.
12. Quranın möcüzə olması və onunla mübarizənin qeyri- mümkünlüyü.
13. Şeytanın vəsvəsəsi bütün möminlərə insana nüfuz edə bildiyi yollardan uzaq olması üçün xəbərdarlıq.
14. Əxlaqi təlimlər.
15. Bütün insanlar üçün peyğəmbərlərin tarixi ibrət dərsləri kimi bəyan olunur.[3]
Xülasə bu surə əqidəvi, əxlaqi və ictimai məsələləri əhatə edir, bəşərin müxtəlif cəhətdən təkamülü üçün zəminələri bəyan edir.[4]
Bu sualın ətraflı cavabı yoxdur.
Bu sualın ətraflı cavabı yoxdur.