Please Wait
Baxanların
5853
İnternetə qoyma tarixi: 2012/10/15
Saytın kodu az21568 Arxiv kodu 27532
Dəstə Nizamlar hüquq və əhkam ,İzdivac xütbəsi
tags Cahillik ucbatından şəri əqdsiz evlənmək
Sualın xülasəsi
Öz ölkəsinin qayda qanunlarına əsasən evlənən müsəlman, cahillik ucbatından şəri əqd oxutdurmayıb, onun və uşaqlarının təklifi nədir?
Sual
Azərbaycan kimi müsəklman və şiə bir ölkədə ki, uzun bir müddət dini alimlərə müraciət edə bilmirdilər, el adət ənənəsi ilə evlənib və şəri əqdi oxumurdular, hazırdakı vəziyyətdə ki, fəza açıq şəklidədir və dini anlayışları artıb, onun və uşaqlarının təklifi nədir?
Qısa cavab
  1. Ən qısa vaxtda şəri əqdi oxutdursunlar
  2. Onların evlilik əlaqələri bilmədikləri vaxtda halal olmuşdur və uşaqları da halalzadədirlər.

Əlavələr:

Təqlid mərcələrinin bu suala cavabı belədir:[1]

Həzrəti Ayətullahul üzma Sistani (Allah onun sayəsin uzun etsin):

Əgər şəri əqdi oxutmayıblarsa, gərək tez bir vaxtda əqd siğəsini oxutsunlar, və onların övladları şəri uşaqlar sayılır

Həzrəti Ayətullahul üzma Məkarim şirazi (Allah onun sayəsin uzun etsin):

Sual fərzində hal hazırda şəri əqd oxutdurmalıdırlar. Amma uşaqlar haramzadə hesablanmırlar.

Həzrəti Ayətullahul üzma Safi gülpayqani (Allah onun sayəsin uzun etsin):

Əgər məlum olsa ki, keçmiş əqdlər düzgün olmayıb, yenidən oxunmalıdır, Amma bu evlənmələrdən olan uşaqlar halalzadə hökmündədirlər.

Həzrəti Ayətullahul üzma Nuri Həmədani (Allah onun sayəsin uzun etsin):

O surətdəki, oxunmuş əqd məsələyə cəhl üzündən batil olubsa, yenidən əqd oxumalıdırlar, Amma uşaqlar haramzadə hesablanmırlar.

Həzrəti Ayətullahul üzma Hadəvi Tehrani (Allah onun sayəsin uzun etsin):

Ən qısa zamanda şəri əqd oxutdurmalıdırlar, Onların evlilik əlaqələri cahillik dövründə halal olub və uşaqlarıda halazadədirlər.

Saytın İstiftaat linkinə

 


[1] - Mərcəi təqlidlərin ofislərindən istiftaa: Sistani, Məkarim şirazi, Safi Gülpayqani, Nuri Həmədani (Allah onların sayəsin uzun etsin), İslam Kuest saytı tərəfindən