Saytın kodu
az21791
Arxiv kodu
38614
Dəstə
Hədis elmləri
Sualın xülasəsi
Səhabə barəsində şiənin baxışı nədir? Aya şiələr ancaq İmamlardan (ə) rəvayət edir, Peyğəmbərdən (s) və səhabələrdən rəvayət etmir?
Sual
Salamun əleykum. Şiənin səhabə barədə nəzəri haqqında hədislər tapmışam, amma adil səhabələrin Peyğəmbərimizdən nəql olunmuş SƏHİH və muttəsil hədislərini axtarıramır. Allah razı olsun.
Qısa cavab
Sualın ilk bəndinin cavabını ətraflı oxumaq üçün, “Səhabə Şiə baxışından” 1015 saylı sual və cavabı mütaliə edin. Amma sualın ikinci bəndinin cavabını aşağıdakı qeydlərdə veririk:
-
Bir sıra səhabələr- Əbuzər, Əmmar, Əbu səid xıdri, ibn Abbas, Salman, Miqdad kimi – var ki, şiə kitablarında onlardan daha çox rəvayət nəql olunub. Sünnülərin əsas hədis kitablarında da qeyd etdiyimiz səhabələrdən hədis çoxdur. Səhihi Buxari,
Şiənin bəzi hədisləri Əhli beytdən (ə) silsiləvari şəkildə nəql olunur ki, sonda Peyğəmbərin (s) özünə çatır.
İmam Sadiq (ə) küfəlilərdən bir dəstə insan, imamın yanında olarkən, Əhli beytdən (ə) maarifin öyrənilməsi barədə buyurdu: “Təəccüblüdür bəzi insanlardan ki, deyirlər biz öz biliyimizi və dinimizi Peyğəmbərdən (s) almışıq, ona əməl edərək, hidayət olmuşuq. Belə düşünürlər ki, biz Əhli beyt (ə) o həzrəti elm və dinini öyrənməmişik. Əməl etməyib hidayət olmamışıq. Bir halda ki, biz o həzrətin ailəsi və uşaqlarıyıq. Vəhy bizim evə gələrdi. Elm, bilik və din bizim yanımızdan camaata tərəf çıxardı. Güman edirsiz ki, onlar bildilər və hidayət oldular və biz bilmədik zəlalətə girdik. Doğrusu belə bir şey qeyri mümkündür”.
- Beləliklə şiələrin öz hədis mənbələrində istifadə etdikləri səhabələr bir neçə nəfərlə bitmir, əksinə şiə kitablarında bir çox səhabələrdən rəvayətlərin nəql olunması müşahidə olunur. Cabir ibn Əbdullah Ənsari, Əlbəttə hər bir nəql olunan rəvayətin sənəd və məzmun baxımından araşdırılmaya ehtiyacı var. Çünki dəqiq şəkildə nəql edənlərin düzlüyündən və hədisin səhihliyindən əmin olmaq lazımdır.