Ehtiyacların yerinə yetirilmə yollarından biri xüsusi qaydaları olan nəzr etməkdir. O cümlədən nəzrdə siğə oxunmalıdır. Amma ərəbcə olması lazım deyil.
Məsələn əgər desə ki, nəzr edirəm əgər xəstəm sağalsa Allaha xatir yüz tümən fəqirə verəcəm, onun nəzri düzgündür. Nəzrin şərtlərindən biri budur ki, nəzr edən mükəlləf, ağıllı və öz ixtiyarı ilə nəzr etməlidir. Deməli məcbur olan şəxsin nəzri o şəxs ki, məsələn əsəbləşərək ixtiyarsız nəzr etsə, düzgün deyil. Nəzr kimi etmək istədiyi iş bir növ üstünlüyü olmalı və onun yerinə yetirmək onun üçün mümkün və onun gücü həddində olsun. Deməli nəzr odur ki, insan özünə vacib edə ki, faydalı bir işi Allaha xatir yerinə yetirsin və ya yerinə yetirilməməsi daha yaxşı olan işi Allaha xatir tərk etsin.[1]
Amma hansı nəzrin daha çox təsirə malik olması və bizi daha tez hacətlərimizə yetişdirməsi, araşdırılmalara əsasən, İmamlar üçün olan nəzr daha təsirlidir. Məsələn insan nəzr edə ki, əgər Allah onun ehtiyacını həll etsə, Quran oxuyub və onun savabını on dörd məsumların birinin müqəddəs ruhuna hədiyyə edəcək. Ya nəzr edə ki, oruc tutsun ya qırx gün Aşura ziyarəti oxusun. Əlbəttə bunu da bilmək lazımdır ki, bəzən biz bir ehtiyacı istəyirik, amma nə qədər çalışırıq və müxtəlif nəzrlər edirik, yanə də ehtiyacımıza yetişmirik. Bilməlisiniz ki, bu məsələ nəzrin əhəmiyyətini azaltmır, əksinə çox vaxt biz bir şeyi özümüz üçün zəruri və lazım bilir və ona yetişmək istəyirik. Amma bizim xeyir və məsləhətimizə olmadığına və gələcəkdə zərərimizə tamam ola biləcəyinə görə, onun vaxtı yetişməsi üçün, Allah bizim ehtiyacımızı təxirə salır. Çox vaxt biz bir şeyi istəyirik, halbu ki, bizim zərərimizədir. Çox vaxt da bir şeydən acığımız gəlir, amma həmin şey bizim xeyir və məsləhətimizədir. Deməli hər vaxt Allah məsləhət bilsə insanın ehtiyacını aradan qaldırar. Ehtiyacın təxirə düşməsi nəzrin təsirsiz və əhəmiyətsiz olması mənasında deyil.