Vəzifəsi təyəmmüm etmək olan cənabətli şəxs, camaat namazında iştirak etmək və ya moizəyə qulaq asmaq xatirinə məscidə daxil ola bilər. Həzrət İmam Xomeyni (r.ə.) bu sualın cavabında buyurur: "Qüsldə olan hər bir şəri təsir tamamilə onun əvəzində olan təyəmmümdə də (vaxtın dar olmasına görə olan təyəmmümdən başqa) caizdir."[1] Digər müctehidlərin də rəyi də belədir.
Həzrət Ayətullah Xamineyi bu zəmində verilən sualın cavabında buyurur: "... təyəmmümlə məscidə daxil olmaq, namaz qılmaq, Quran yazılarına toxunmaq və təharətlə yerinə yetirilməsi şərt olan digər əməlləri yerinə yetirməyin eybi yoxdur."[2]
Həzrət Ayətullah Gülpayaqani (r.ə.) belə sualın cavabında buyurur: "Şəri üzrlə (xəstəlik kimi) vəzifəsi təyəmmüm olan şəxs ixtiyari surətdə fərdi və ya camaat namazı qılmaq üçün məscidə daxil ola bilər..."[3].