1. Sualın cavabını dörd bölümdə cavablandırmaq olar: 1. Kamilliyin tamamlıqla fərqi; 2. İnsanın kamalı; 3. İslam baxışında insanın kamilliyi; 4.Kamala yetişməyin yolu;
2. “Kamal” sözü bəzən “tamam” sözü ilə bir sırada işlədilir, bəzən də ondan fərqlənir. Kamal və tamamın müqabilində isə naqis sözü işlədilir.
3. Kamal-bir şeyin sırf varlığı və öz istedanın əməli şəkildə təhəqqüq tapması, eyni halda həmin şeydə elə bir qüvvə, sifət və ya istedadın olmaması lazımdır ki, əgər olsa digər bir sifətin olmasını da tələb edir;
4. Bir şeyin bütün mərhələ və dərəcələrdə kamala yetməsi o şeyin bütün cüziyyatı ilə təhəqqüq tapması və varlığının tam şəkildə olması deməkdir. Ona görə də ola bilər ki, bir şey tamam olsun, amma hələ kamala yetməsin. Bəzi ifadələrdə işlədilən inkişaf sözü kamal sözü ilə fərqlidir.
5. Kainatın varlıqları iki dəstədir; maddi və mücərrəd. Təkamül və kamala tərəf hərəkət edənlər yalnız maddi varlıqlardır və hər bir maddi varlığın kamalı öz istedadı ölçüsündədir. Sırf mücərrəd varlıqlar öz kamallarını tamamilə ilk yaradılışlarında alırlar. Yəni, onlarda kamal cəhətdən inkişaf olmur.
6. İnsanın ixtiyari kamalının ayırd edilməsi digər varlıqların kamalının təyin edilməsindən çox çətindir. Əslində insanın kamilliyinin tanınması onun zehni məhsulunun və ələ gətirdiyi elmin tanınması deməkdir. Amma kamal mövzusunda fərdin vicdan və müşahidə etdiyi mənəvi aləmi tanımaq və dəyərləndirmək istəyənin ən azı kamal həddində olması lazımdır.
7. İnsanın kamalının nədə olması haqqında filosoflar və alimlər arasında ixtilaf və çoxlu nəzəriyyələr var. Onlardan bəzilərini qeyd edirik:
a) Təbiətdən bəhrələnmək nəzəriyyəsi; b) qüdrət nəzəriyyəsi; v) hikmət sahibləri və İslam fəlsəfəsi nəzəriyyəsi (ağıl); q) irfan əhlinin nəzəriyyəsi (eşq). Bütün bu nəzəriyyələr haqqında geniş bəhs etməkdən ötrü daha geniş bəhsə ehtiyac var və bu qısa bəhsimizin mövzusu deyildir.
8. Varlıq aləminin bütün zərrələri kamala və Haqqa doğru irəliləməkdədirlər. Onların hamısı seyr və olmaq qanununa uyğun hərəkət edirlər. Quran ayəsində var ki, “Bütün işlər Allaha tərəf hərəkətdədir.” İnsan da bu qanundan istisna deyildir. Təkamül, dəyişiklik və olmağın hərəkət mənasını verən seyr sözü (yer və göy cismlərinin hərəkəti) ilə fərqli olması Qurandan ələ gəlir.
9. Bütün dəyişiklərin, halların və var olmaların hamısını, xüsusilə insanın son məqsədi və hədəfi Allah-taalaya yaxın olmaq və Ona yetişməkdir.
10. İnsanın kamala (Allah-taalaya yaxın olmaq və Ona) yetişməsindən ötrü ona vəsilə lazımdır və bu vəsilə həmin ibadət və bəndəçilikdir. Kamil insanın ən yüksək məqamı və Allaha tərəf seyrinin ən şərəfli dərəcəsi həmin bəndəçilikdir. Bəndəçilik batini rübubiyyət bir cövhərdir. İnsan üçün ən yaxşı ad bəndədir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Allah bəndəsi (Əbdullah) olmaqla bərabər, Onun mütləq bəndəsi kimi də iftixar edir. Ona görə də bütün namazlarımızda deyirik: “Şəhadət veririk ki, Məhəmməd Allahın bəndəsi və elçisidir.” Bəndənin xüsusiyyətlərindən biri budur ki, Allah-taalaya elmi və yəqinliyi window.print();