Please Wait
Baxanların
6205
İnternetə qoyma tarixi: 2012/01/19
Saytın kodu fa12899 Arxiv kodu 20934
Dəstə Qədim kəlam
Sualın xülasəsi
Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın çox da ömür sürmədiyi halda ilahi peyğəmbərlərin məqamına çatması qəribə deyildirmi?!
Sual
Salam. Həzrət Fatimeyi-Zəhra (əleyha salam) on il ərzində səğirlik yaşlarında olmuş və cavanlıq yaşlarında da şəhadətə çatmışdır. Buna görə də ondan çox az hədis nəql olunmuşdur. Bir yeniyetmə şəxsin qələmin vəsf etməyə qadir olmadığı belə bir məqama çatmağı üçün nə kimi dəlil vardır? Məqsədim budur ki, hansı amillər səbəbi ilə səkkiz yaşlı bir qız peyğəmbərlər dərəcəsinə nail olmuşdur? O Xanım hansı kamallara malik olmuşdur ki, belə bir məqama, hörmətə malik olsun? Dəqiq və ətraflı şəkildə izah edin.
Qısa cavab

Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:

فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا  قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی‏ نَبِیًّا وَ جَعَلَنِی‏ مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی‏ بِالصَّلاةِ وَ الزَّکاةِ مَا دُمْتُ حَیًّا

“Məryəm öz övladına işarə etdi (ki, hadisəni ondan soruşsunlar). Onlar təəccüblə dedilər: “Beşikdə olan bir körpə ilə necə danışa bilərik?!” İsa (təzəcə doğulmuş halda) dedi: “Mən Allahın bəndəsiyəm, O mənə asimani kitab vermiş və məni peyğəmbər seçmişdir! Hər yerdə olsam, mənim vücudumda xeyir-bərəkət qərar vermişdir. Sağ olduğum vaxta qədər mənə namaz və zəkatı tövsiyə etmişdir.”[1]

Həmçinin başqa bir yerdə belə buyurulur:

وَ یُکَلِّمُ النَّاسَ فِی الْمَهْدِ وَ کَهْلاً وَ مِنَ الصَّالِحِین

“İsa beşikdə ikən, orta yaşlı olan zaman camaatla danışırdı və daim yaxşı iş görənlərdən idi.”[2]

Deməli, əgər bir şəxsin körpəlik dövründə peyğəmbər olduğunu qəbul etsək, asimani bir Xanımın da yeniyetməlik və cavanlıq dövrlərində peyğəmbərlər kimi bir məqama nail ola bilməsinin mümkünlüyünü qəbul etməliyik. Bunun İslam və Quran təlimləri ilə əsla ziddiyyəti yoxdur. Amma nə üçün bəzi insanların bu məqama çatmalarına gəldikdə isə, bu, tamamilə başqa mövzudur ki, öz yerində tədqiq edilməlidir.

 

Əlaqədar görünüşlər:

“Peyğəmbərlərlə müqayisədə şiə imamlarının məqamı”, 5227 (sayt 6067)

“Lov la Fatimə hədisinin mənası”, sual 8251 (8723)

“Həzrət Zəhra (əleyha salam)-ın şəxsiyyət yönləri”, sual 1256 (sayt 1334)



[1] “Məryəm ” surəsi, ayə: 29-31

[2] “Ali-İmran” surəsi, ayə: 46

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.