İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi təkamül yolunda daha artıq səy göstərməli və daim ehtiyatlı olmalıdırlar ki, Allah etməmiş, nalayiq əməllərlə, yaramaz işlərlə o həzrəti özlərindən narahat və narazı etməsinlər.
İmam Zaman (əleyhis-salam) nəinki insanlara, hətta bütün varlıqlara qarşı belə, həddindən artıq mehriban, ürəyi yanan insandır. Çünki imamların proqram və hədəfləri eynilə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in hədəf və proqramlarından ibarətdir. Qurani-məcid Peyğəmbərimiz barəsində buyurur:
لَقَدْ جَاءَکُمْ رَسُولٌ مِنْ أَنْفُسِکُمْ عَزیزٌ عَلَیْهِ مَا عَنِتُّمْ حَریصٌ عَلَیْکُمْ بِالْمُؤْمِنینَ رَؤُفٌ رَحیمٌ
“Şübhəsiz, özünüzdən olan bir Peyğəmbər sizə doğru gəlmişdir, sizə əzab-əziyyət verən şeylər ona ağırdır, sizin (mənəvi təkamülünüz və xeyirxahlığınız) üçün çox hərisdir, və o möminlərə qarşı mehriban və rəufdur.”[1]
İmam Zaman (əleyhis-salam)-ın mehribanlığına diqqət yetirməklə bilməliyik ki, o həzrət bizdən çox ağır və çətin işləri təvəqqe etmir. O həzrətin mehriban qəlbinin bizdən razı olmasına səbəb olan şey – məhz Allahın vacib buyurduğu işləri yerinə yetirib haram etdiyi işləri tərk etməkdən ibarətdir. Buna əsasən, əgər bir şəxs Allah-taalanın buyurduğu göstərişlərə, qayda-qanunlara düzgün şəkildə riayət və vəzifələrə əməl etsə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) ondan razı olacaqdır. Bu barədə İmam Sadiq (əleyhis-salam)-dan belə bir rəvayət nəql olunmuşdur:
اَنَّ رَجُلاً قَالَ لِلصَّادِقِ (ع) یَا ابْنَ رَسُولَ اللهِ فِیمَ الْمُرُوءَةُ فَقَالَ: "أَلاَّ یَرَاکَ حَیْثُ نَهَاکَ وَ لاَ یَفْقُدَکَ مِنْ حَیْثُ أَمَرَکَ
Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan “mürüvvət – mərdanəlik, alicənablıq nədədir?” – deyə soruşdu, həzrət buyurdu: “Allah-taala səni nəhy etdiyi (məsiyət, günah) işdə görməsin və əmr etdiyi yerlərdə sənin yerini boş görməsin.”[2]
رَوَى الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ سَعْدِ بْنِ أَبِی خَلَفٍ عَنْ أَبِی الْحَسَنِ مُوسَى بْنِ جَعْفَرٍ (ع) أَنَّهُ قَالَ: "لِبَعْضِ وُلْدِهِ یَا بُنَیَّ إِیَّاکَ أَنْ یَرَاکَ اللَّهُ عَزَّ وَ جَلَّ فِی مَعْصِیَةٍ نَهَاکَ عَنْهَا وَ إِیَّاکَ أَنْ یَفْقِدَکَ اللَّهُ تَعَالَى عِنْدَ طَاعَةٍ أَمَرَکَ بِهَا
Həzrət Musa ibni Cəfər (əleyhiməs-salam) öz övladlarından bəzilərinə belə tövsiyə etmişdi: “Ey oğlum! Ehtiyatlı ol ki, Allah-taala səni nəhy (qadağan) etdiyi bir (məsiyət, günah) işdə görməsin; Allah səni, yerinə yetirməyə əmr etdiyi itaətdə (yerini boş) görməsin.”
Amma namaz, oruc, hicab, xüms, zəkat və s. vacib əməl və vəzifələri yerinə yetirməyən, haram işlərdən çəkinməyənlərə gəldikdə isə, şübhəsiz, İmam Zaman (əleyhis-salam) onlardan narazıdır – hətta ziyarətə getmək, İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq etmək, “Cəmkəran” məscidinə getmək və s. müstəhəb əməllərdə fəal şəkildə iştirak etsə də belə.
Bu məqalədə xülasə şəkildə deyə bilərik ki, İmam Zaman (əleyhis-salam)-ın razılığı Allahın razılığında, Allahın razılığı da ilahi göstərişlərə əməl etməkdədir. Bu da vacib əməlləri yerinə yetirmək, haram işləri tərk etməkdən ibarətdir. Çünki İmam Zaman (əleyhis-salam) özü müqəddəs islam şəriətlərinin göstəriş və hökmlərinə mükəlləf və dini dəyərlərinin qoruqçudur.
Bu barədə əlavə məlumat almaq üçün bu görünüşə baxın: “Allah tərəfindən necə sevilə bilərik?” – Sual 7333(7481)