Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn təhlükə həqiqətdə onu icad edən və davamına səbəb olan amilləri təhdid edən bəlalardır.
İran İslam respublikasının icad və davam etmə səbəbləri aşağıdakılardan ibarətdir:
1. İslamın mütərəqqi qanunları və insan yaradan məktəbi (İslam göstərişlərinin və hökmlərinin dəqiq şəkildə icrası);
2. İnqilabın dahi və agah rəhbəri;
3. Camaatın yekdil rəydə olması və rəhbərə itaət etməsi.
Bu amillərdən hər hansı birinə xəsarət və zərbə dəyərsə, İran İslam respublikası üçün təhdid sayıla bilər. Məsuliyyətli şəxslər və İran İslam respublikasına ürəyi yananlar bu amilləri qoruyub keşiyində dayanmağı həmişə öz hümmətlərinin ən böyük və ümdə hissəsi hesab etməlidirlər.
Hər bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbə, sonra isə onun qalıb davam etmə səbəbinə təzminat verən amilləri tanımaq lazımdır. Çünki bir varlıq üçün əsl bəla və təhlükə həqiqətdə o varlığı icad edən və davam etməsinə səbəb olan amilləri təhdid edən təhlükədən ibarətdir.
İslam respublikası canlı, inkişafda olan, bütün dünya xalqları və millətlərinin taleyində təsirli rol ifa edən bir quruluş ünvanı ilə əsla təsadüfi, səbəbsiz və köksüz bir hadisə deyildir. Əskinə, onun çox güclü, müqəddəs və dəyərli kökləri, əsasları vardır.
İran İslam respublikasını icad edən və onun əbədi qalmasına zəmanət verən səbəblər aşağıdakılardır:
1. İslamın mütərəqqi və insan qurucu məktəbi (İslam göstərişlərinin və hökmlərinin dəqiq icrası);
2. İnqilabın dahi və agah rəhbəri;
3. Camaatın yekdil rəydə olması və rəhbərə itaət etməsi.
Birinci amili təhdid edən təhlükə insanların İslama etiqadının zəifləməsinə və bu müqəddəs dinin ictimaiyyətin gündəlik həyatındakı rolunun əhəmiyyətsiz olmasına səbəb olan işlərdir. Bu təhlükələr İslam barəsində düzgün məlumat və mərifətin olmaması, bu dinin tam tərsinə təqdim edilməsi, onun göstərişlərinin xurafatla qarışdırılması, İslamda bidət yaradılması, İslamın yanlış şəkildə təqdim edilməsi, onun barəsində düzgün olmayan çıxarışlar, dini lazımınca müdafiə etməmək, İslamın din və dindarlıq iddiasında olan saxtakarlar tərəfindən oyun-oyuncağa çevrilməsi, dini həssasiyyətlər və nigarançılıqlar əvəzinə millətçilik, tayfa-qrup hisslərinin rövnəqləndirilməsi və s. işlər insanların dindən uzaqlaşmasına və inqilabın mühüm sütunlarından birinin zəifləməsinə səbəb olur.
Həmçinin, rəhbərlik məqamının zəiflədilməsi, ona itaət edilməməsi və s. inqilabın əsl prinsipinin təhlükəyə düşməsinə səbəb olur.
İslam inqilabının təsir və qüdrəti ilə əlaqədar camaatın naümid edilməsi, ayrı-seçkiliklərə yol verilməsi, müxtəlif xalq kütlələrinə qarşı ədalətsizliyin yayılması, cəmiyyətdə qabarıq sinfi ixtilafların, ziddiyyətlərin vücuda gəlməsi, eyş-işrətdə və əyyaşlığa qurşanmaq ruhiyyəsinin yayılması, camaat arasında maddiyyata həddindən artıq maraqların rəvac tapması, camaatda İslam respublikasının başçılarının və məsul işçilərinin cəmiyyətdən ayrılıq hisslərinin yaradılması, öyüd-nəsihət qəbul edilməməsi və s. inqilabı təhdid edən üçüncü bir amildir.
Buna əsasən, bu üç amildən hər birinə xəsarət dəyərsə, İran İslam respublikası quruluşu üçün ciddi təhdid sayıla bilər. Camaat, dövlətin məsuliyyətli işçiləri, hökumət məqamları və İran İslam respublikasına ürək yandıran sair şəxslər gərək həmişə bu üç amilə nəzarəti özlərinin ən mühüm vəzifələri hesab etsinlər.