İmamların ziyarətgahları və məzhəbi məkanlar bütün müsəlmanların hörmət göstərdikləri yerlər olmuşdur. Çünki bu məkanlara hörmət orada dəfn olunan İmam və böyüklərə hörmət əlamətidir. Buna görə bu məkanlarda onlara hörmətsizliyə səbəb olan bəzi hərəkətlərdən çəkinmək lazımdır.
Lakin fiqhi və şəri cəhətdən belə məkanlarda, məscidlərdə və s yatmağın eybi yoxdur. Yəni haram deyil. Amma əgər adət- ənənəyə görə bu məkanlarda, istər məscid olsun istərsə də məsumların ziyarətgahlarında yatmaq bu məkanlara hörmətsizlik hesab edilirsə adət- ənənə baxımından manelər yaranır.[1]
Böyük alimlərin məsciddə yatmağın hökmləri barəsində qeyd etdikləri elə bu mənadadır.
Burada nümunə olaraq iki misal qeyd etmək istəyirəm:
1. Şeyx Tusi belə buyurur: Ümumiyyətlə məsciddə yatmaq məkruhdur. Xüsusiylə Məscidul həram və Məscidun Nəbidə.[2]
2. Həzrət Ayətullah Xamenei: Məscidin hörmətinə xələl gətirəcək hər növ hərəkətlərdən çəkinmək vacib və məsciddə yatmaq məkruhdur.[3]
Qeyd emək lazımdır ki, bəzi rəvayətlərdə yalnız məscidül həramda yatmaq məkruh hesab edilmişdir. Bu yanız Peyğəmbərin (s) zamanında tikilən məscidin yerinə şamil edilmişdir. Bu yeni yikilmiş məscidə aid edilmir.[4]
Buna görə şəri cəhətdən müqəddəs məkanlarda yatmaq haram deyil. Amma əgər yatmaq təhqir hesab edilərsə, yaxud digər şəxslərə narahatçılıq və maneəçilik törədərsə və s haram hesab edilir.