Please Wait
Baxanların
8795
İnternetə qoyma tarixi: 2011/08/23
Saytın kodu fa14620 Arxiv kodu 16155
Dəstə Quran elmləri
Sualın xülasəsi
Nəyə görə Allah-Taala Quranı tərtillə oxumağı göstəriş verib?
Sual
Nəyə görə Allah-Taala Quranı tərtillə oxumağı göstəriş verib?
Qısa cavab

 Quranda bu ayə - “Həm də aramla (ağır-ağır) Qur’an oxu!”[1]-  tərtil sözü əslində, tənzim və tərtib qaydası ilə oxunuşa deyilir. Ayədə isə məqsəd, Quran ayələrini nəzm, aram, səhih, aydın, diqqət, mənalarını nəzərə almaq və ondan nəticə çıxarmaqla oxunması nəzərdə tutulur. Aydındır ki, belə Quran oxumaq insanın nəfsində mənəvi, əxlaqi, təqva cəhətdən çox müsbət təsir göstərmiş olacaqdır.[2]

 İmam Sadiqdən (ə) Quranın “Həm də aramla (ağır-ağır) Qur’an oxu!”- ayəsindən məqsədin nə olduğunu soruşurlar. İmam (ə) buyurur: “Cəddimiz Əmirəl-möminin (ə) buyrur: “Məqsəd budur ki, Quranı aramla və aydın oxu. Şer və ya bir ovuc qumu havaya atmaq kimi oxuma. Qəlblərininzi Quranla yumşaldın və surəni qurtarmağa tələsməyin.”[3]

 Beləliklə, Quranı tərtillə oxumaqdan məqsəd bəzi qarilərin adi halda oxuduğu tanınımış tilavət deyil, bəlkə də Quranın tilavətinin xüsusi qanunları ilə oxunmasını özündə cəm edir.  



[1] Müzzəmmil surəsi 4

[2] Məkarim Nasir, Təfsir Nümunə. C.25; səh.167, çapxana Darul-kitabul İslamiyyə, Tehran, birinci çap, 1374 şəmsi ili.

[3] Ərəbisi yazılıb.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.