Please Wait
Baxanların
10668
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa14632 Arxiv kodu 23328
Dəstə تاريخ بزرگان
tags İmam Əli|Peyğəmbər|“Əbu Turab”|torpaq|Allahın höccəti
Sualın xülasəsi
İmam Əli (əleyhis-salam)-a “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir?
Sual
İmam Əli (əleyhis-salam)-a “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir?
Qısa cavab

Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün imam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.[1]

Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər imam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”[2]

 


[1] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 35-ci cild, səh. 63-64, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

[2] “Biharul-ənvar”, 35-ci cild, səh. 51. Əlavə məlumat üçün “Qəzənfər - imam Əlinin ləqəbidir” adlı görünüşə bax: sual 10909 (sayt 11129)