Please Wait
Baxanların
9198
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa15318 Arxiv kodu 23313
Dəstə Nizamlar hüquq və əhkam ,• دیگر احکام مرتبط با نماز,Təqiyyə
tags Namaz|təqiyyə|qorxu|əli bağlı
Sualın xülasəsi
Mən hal-hazırda Səudiyyə Ərəbistanında yaşayıram. Burada şiələr kimi namaz qılmaq barədə təhlükə hiss edirəm. Namaz vaxtı əllərimi bir-birinin üstünə qoya bilərəmmi?
Sual
Mən pakistanlıyam və bir neçə ay bundan qabaq (2011-ci il, fevral ayından etibarən) Ərəbistanın Riyaz şəhərində işləyirəm. Burada namaz zamanı, istər iş yerindəki məsciddə, istərsə də hamının qarşısında bu şəri vəzifəni şiə müsəlmanlar kimi qılmaqdan təhlükə hiss edirəm. Namaz vaxtı əllərimi bir-birinin üstünə qoya bilərəmmi?
Qısa cavab

Ayətullah əl-uzma Sistaninin (müddə ziluhul-ali) dəftərxanası:

Əgər təqiyyə bunu tələb edirsə, o cür qıla bilərsiniz.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə ziluhul-ali) dəftərxanası:

Əgər bəzi islam firqələri kimi əli bağlı namaz qılsa, hətta ədəb üzündən əlləri bir-birinin üstünə, yaxud sinəsinə qoysa, onlara oxşamasa da, ehtiyat budur ki, namazı yenidən qılsın. Amma əgər məsələnin hökmünü unutduğuna görə, yaxud naçarlıq üzündən, yaxud da əli qaşımaq və s. kimi başqa bir iş üçün (əli bağlı) qılsa, işkalı yoxdur.

Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə ziluhul-ali) dəftərxanası:

Əgər namazı təxirlə evində və əlləri açıq halda qılmağa imkan olsa, gərək belə etsin. Əks halda təqiyyə şəraitində əli bağlı qılmaq müczidir (əli açıq qılınan namaz əvəzindən kifayət edir).

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:

Hər yerdə qorxu üzündən təqiyyə, habelə digər məzhəblərlə müdara üzündən olan şərtlər mövcuddursa, təqiyyə caiz, bəzi hallarda isə vacib olur.

Bu barədə təhlükə mövcud olduğuna görə “xof təqiyyəsi” etmək caizdir və insan əli bağlı şəkildə namaz qıla bilər. Əlbəttə, bu əməl namazda müstəhəb və ya vacib ünvanı ilə gəlməmişdir.