Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə Allah arasında bu işdən tövbə etməyiniz kifayətdir. O məbləğ pulu, yaxud götürdüyünüzü yəqin etdiyiniz həmin əmlakı ona qaytarmağınız kifayətdir (götürdüyünüz yerə də qoya bilərsiniz, bu şərtlə ki, onun həmin yerdən götürəcəyini biləsiniz) ki, o bu işdən xəbər tutmasın. İnşallah, mehriban Allah tərəfindən lütf və mərhəmətə layiq görülərsiniz.[1]
[1] Bu hökm mərcəyi-təqlidlərin buna oxşar hallarda (mal, əmlak, maddi borcla əlaqədar) fətvasından əldə olunmuşdur. Misal üçün, aşağıdakı hala diqqət yetirin: “Məcməul-məsail” (Mərhum Ayətullah Gülpayqani), 1-ci cild, səh. 401, sual 386: “Bir nəfərin işi şəxsi evlərdə quyu qazmaq idi. Ev sahibi onunla müqavilə bağlayır ki, məsələn, on metr dərinliyində quyu qazsın, o isə xəyanət edərək doqquz metr qazıb on metr əvəzinə təhvil verir. Bu işdən müəyyən məbləğ pul əldə etmiş, hal-hazırda da əvvəlki işlərindən peşman olmuşdur. Amma ev sahibini tapa bilmir ki, onu razı salsın. Bu halda əgər o məbləğin xümsünü versə, (haram mal) onun öhdəsindən götürülür, ya yox?” Cavab: “Əgər o pulun eyni (özü) qalırsa və bir yerə sərf etməyibsə, sahibini də tanımırsa, öhdəsində olmasına yəqin etdiyi miqdarı sahibinin tərəfindən fəqirlərə sədəqə versin. Tanıdığı şəxslərlə əlaqədar isə, gərək onların özlərindən razılıq alsın. Əgər pulun eyni qalırsa və başqa mallarla qarışmayıbsa, onun miqdarını bilir, amma sahibini tanımırsa, o malın xümsünü “harama qarışmış mal” ünvanı ilə versin.”
“Camiul-məsail” (Mərhum Ayətullah Behcət), 2-ci cild, səh. 108: “Əgər maliki tanısa və malın miqdarını heç bir vəchlə dəqiq bilməsə, ehtimal verdiyi miqdarla kifayətlənsin – əgər bu barədəki elmi (yəqini) ehtimal verilən miqdar həddində olmasa, yəni ehtimal verilən miqdarın ən aşağısına, belə ki, ondan artığına ehtimal verməsə. Əks halda – əksər hallarda da belədir – müstəhəb əhvətə əsasən ya malik və sahiblə müsalihə etmək (razılaşmaq), ya ehtimal verilən çox miqdarı qaytarmaq, yaxud da malikin razı olduğu miqdarla razılaşmaqdır. Qeyd olunanda malın eyni ilə borc arasında fərq yoxdur.”