Please Wait
Baxanların
6214
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa16058 Arxiv kodu 23317
Dəstə Nizamlar hüquq və əhkam
tags Namaz|İcarə|meyit|varis
Sualın xülasəsi
Mən bir nəfərdən isticari namaz (meyitin qəza namazını) qılmaq üçün pul almışam, amma indi onu qıla bilmirəm. Suallarım budur: 1. Onu başqa şəxsə həvalə edə bilərəmmi? 2. Pulu meyitin varisinə qaytarmaq istədiyim halda varis məndən əlavə pul ala bilərmi? Hər bir halda, öhdəmdə olan pulu qaytara bilməsəm, nə etməliyəm?
Sual
Salam. Təqribən bir il bundan qabaq pula çox ehtiyacım olduğuna görə bir nəfərdən isticari namaz götürdüm ki, atasının və qardaşının qəza namazlarını (o pula görə) qılam. Bir ildən sonra o namazları qılmağa başladığım, amma dizlərim nahiyəsindən kəskin ağrı başladı. Həkimə müraciət etdikdə dedi ki, dizin oynaqlarında və ayağında iltihab əmələ gəlmişdir. İndi elə (pis) vəziyyətdəyəm ki, öz vacib namazlarımı da yalnız ağrıkəsici dərmanlar atdıqda qıla bilirəm. İndi nə edəcəyimi bilmirəm: isticari namazları necə qılım, yaxud pulun qalanını necə qaytarım? 1. Meyitin varislərinə xəbər vermədən isticari namazların qalanını qılmaq üçün başqa bir adam tuta bilərəmmi? 2. Pulu meyitin varisinə qaytarmaq istəsəm, bir il keçdikdən sonra isticari namazın qiymətinin bahalaşdığına görə mənə verdiyi miqdardan artıq məbləğ tələb edə bilərmi? 3. Əgər öhdəmdə olan pulu qaytara bilməsəm, nə etməliyəm?
Qısa cavab

Ayətullah əl-uzma Xameneinin  (müddə zilluhul-ali) dəftərxanası:

Cavab 1: Əgər (namazı qılmağa) əcir tutulan zaman (müqavilə) namazları şəxsin özünün qılmağı şərt edilməyən və başqasına həvalə edilməsi mümkün olan şəkildə olsa, işkalı yoxdur.

Cavab 2: Sualın fərz olunduğu halda qiymətlər fərqi ilə əlaqədar əhvət nəzər razılaşma etməkdir.

Cavab 3: Gərək meyitin varislərini razı salasınız.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Cavab 1. İsticari namazda əcir tutulan şəxs yalnız (varisdən) icazə aldıqda ibadətləri başqasına həvalə edə bilər.

Cavab 2 və 3. Mümkün olan yollarla onun (varisin) razılığını əldə etməlisiniz.

Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:

Cavab 1. Əgər icarə zamanı sizə izn verilərək “namazı həm özünüz qıla bilərsiniz, həm də başqasına həvalə edə bilərsiniz” deyilsə, yaxud belə bir məsələ tərəflərin zehnində olsa və yaxud belə bir müqavilənin zehni fəzasında olsa, bu işin eybi yoxdur. Əgər belə olmasa, meyitin varislərindən icazə aldıqdan sonra bu işi görə bilərsiniz.

Cavab 2. Pulu qaytarmaq, yəni müqaviləni pozmaq istəsəniz, bu halda belə bir haqqa malik olsanız, yəni qarşı tərəf də qəbul etsə, yaxud heç olmazsa bu fərzdə sizin üçün onu poza bilmə haqqınız müqavilədə olsa – yalnız müqavilədəki məbləği qaytarmalısınız və günün (əlavə olunan) artıq miqdarı sizin öhdənizə deyildir.

Cavab 3. Siz borclusunuz və əgər pulunuz yoxdursa, imkanınız olan zaman ödəməsiniz. Nəzərə alın ki, zamanın keçməsi borcun aradan qalxmasına səbəb olmur. Əgər ömrünüzün axırına qədər borcu ödəyə bilməsiniz, ölümünüzdən sonra bu borc sizin əmlakınızdan götürülərək ödənməlidir. Şübhəsiz, imkan olan halda borcu qaytarmağı təxirə salmaq caiz deyildir.