Please Wait
Baxanların
6211
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa16096 Arxiv kodu 22698
Dəstə Nizamlar hüquq və əhkam
tags kəffarə|Azan|qusul|cənabət
Sualın xülasəsi
Əgər bir şəxs azandan öncə cənabət qüsulunu azana qədər davam etdirərsə verərsə, onun orucu düzgündürmü?
Sual
Bir şəxs sübh azanından öncə cünub olmuşdur və azan az müddət qalana qədər gecikdirərsə və azandan öncə qüsul alan zaman azan verilərsə, onun orucu düzgündürmü və kəffarə vardırmı?
Qısa cavab

Həzrət Ayətullahul uzma Xameneinin dəftəri:

Əgər bilə- bilə qüsulu sübh azanına qədər gecikdirərsə, orucu düzgün deyil və qəzadan əlavə kəffarə də lazımdır.

Həzrət Ayətullahul uzma Sistaninin dəftəri:

Əgər ehtimal verərsə ki, qüsul azanın vaxtının daxil olduğu zaman həyata keçmişdir eybi yoxdur.

Həzrət Ayətullahul uzma Məkarim Şirazinin dəftəri:

Orucunuz düzgündür.

Həzrət Ayətullahul uzma Safi Gülpayiqaninin dəftəri:

Baxmayaraq ki, qüsul zamanı azan deyilərsə belə, əgər əmin olarsa ki, qüsul üçün vaxt vardır, oruc düzgündür. Amma əgər o qədər gecikdirərsə və qüsul üçün vaxt qalmazsa, onun vəzifəsi təyəmmümdür ki, əgər vəzifəsinə əməl etməyib, qüsul alarsa, orucu batil və qəzadan əlavə bilə- bilə iftar kəffarəsi də vacibdir.

Həzrət Ayətullahul uzma Mehdi Hadi Tehraninin cavabı belədir:

Əgər qüsul sübh azanından öncə sona çatarsa, onun orucu səhvsizdir.