Bəzi fəqihlərə[1] görə meyvəli ağacın altında məkruh olan əməllərdən biri də cinsi yaxınlıqdır.[2] Yəni, daha yaxşı olar ki, bu iş edilməsin. Lakin haram deyil.
Bu kərahəd Peyğəmbər Əkrəmin (s) rəvayətinə istinadən edilmişdir. Bu rəvayətdə belə tövsiyə edilir: “Meyvəli ağac altında yaxınlıq etməyin. Çünki əgər bunun nəticəsində övlad doğularsa, cəllad, qatil yaxud da casus olacaqdır.”[3]
Əlbəttə bu rəvayət barəsində iki nöqtəyə diqqət etmək lazımdır:
1. Bəzi böyük fəqihlər bu rəvayətin düzgünlüyü barəsində tərəddüd etmişlər.[4]
2. Bu rəvayət qəbul edilsə belə, orada bəyan olunan səbəb tam və hər zaman üçün deyil. Buna riayət etməməklə belə hadisənin baş verməsi mümkündür. Lakin hər halda əgər rəvayətin kərahədə dəlalət etdiyini qəbul etsək belə bunun səbəbi orada zikr olunan nəticə deyildir. [5]
Cinsi yaxınlığın qaydası barəsində daha ətraflı məlumat üçün aşağıdakı göctəriciləri oxuyun:
“Vaxt cəhətdən həyat yoldaşı ilə yaxınlığın şəraiti”, sual 2020 (sayt: 2066).
“Cinsi yaxınlığın vaxt və yerinin şəraiti”, sual 5556 (sayt: 5813).
[1] - Şahrurdinin nəzarəti altında bir qrup tədqiqatçılar, Seyid Muhəmməd Haşimi, muəssisətul fəqihil islamiyyə tibqən liməzhəbin əhlil beyt (ə), cild 3, səh 463, dairətul maarif fiqhi islami bər məzhəbe əhli beyt (ə) müəssisəsi, Qum, birinci çap, 1423 h.q.
[2] - Hürr Amili, Muhəmməd bin Hüseyn, vəsailul şiə, cild 20, səh 251, alul beyt (ə) müəssisəsi, Qum, birici çap, 1409 h.q. Təbatəbai Yəzdi, Seyid Muhəmməd Kazim, Ürvətul vusqa, cild 2, səh 801, Əl-alimil mətbuat müəssisəsi, Beyrut, ikinci çap, 1409 h.q.
[3] - Vəsailul şiə, cild 20, səh 251.
«لَا تُجَامِعِ امْرَأَتَكَ تَحْتَ شَجَرَةٍ مُثْمِرَةٍ فَإِنَّهُ إِنْ قُضِيَ بَيْنَكُمَا وَلَدٌ يَكُونُ جَلَّاداً قَتَّالًا أَوْ عَرِيفاً»
[4] - Bax: Nəcəfi (cəvahirin sahibi), Muhəmməd Həsən, cəvahirul kəlam fi şərhi şərayihil islam, tədqiqatçı: Quçani, Abbas- Axəvəndi, Əli, cild 29, səh 62, daru ihyail tərasil ərəbi, Beyrut, yeddinci çap.
[5] - Həmin mənbə.