Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli (ə) və o həzrətin bütün övliyaları və nəsli bu işə ciddi olaraq yanaşmışdırlar. (Əhəmiyyət vermişdirlər). Amma İmam Zamanın (ə) qeybəti dövründə isə bu vəzifə alimlər, fəqihlər, hədis alimlər və başqa cür desək müctəhidlərin ixtiyarına qoyulmuşdur. Başqa bir tərəfdən isə alimlər elm cəhətindən məsum deyildirlər və vəzifələri budur ki, ixtiyarlarında olan dəlillərə əsasında, İlahi hökmü açıqlayıb, zahirdə olan hökmlərə fətva versinlər nəinki bütün həqiqi hökmləri; çünki bütün həqiqi hökmlər məsum imamların ixtiyarındadır. Hər bir halda insanların həyatında baş verən dəyişikliklər, təzə hökmlərə ehtiyacın duyulmasıdır, indiki dövrd İslam dini zahiri hökmlərlə dolmuşdur, o zaman ki, İmam Məhdi (ə) zühur etdi, bütün zahirdə olan hökmlər həqiqi hökmə çevriləcəkdir. Təsəvvür olunur o həzrət yeni bir din gətirmişdir, amma həzrət Məhdi (ə) İslam dinindən başqa din və Qurandan başqa bir kitab gətirməyəcəkdir.
Bundan əlavə o həzrətin qeybəti dövründə bir dəstə yolunu azmış insanlar bir sıra hökmləri İslam və Qurandan öz meylləri əsasında fətva verib dəyişəcəkdirlər ki, bir çox hökmlər yaddan çıxacaq o cür ki, güya İslam hökmlərindən olmamışdır.[1]
Dindən olan müxtəlif nəzəriyyələr, ən böyük zərbələrdir ki, qeybət dövründə onunla üzləşirik. O zaman ki, həzrət Məhdi (ə) zühur edəcək, o cahil büt pərəstlərlə ki, özlərini alim göstərib Quranı öz nəzəriyyələri əsasında təfsir edib, dində müxtəlif nəzəriyyələr verirlər, o qədər çox olacaqdır ki, bütün insanlar onu qəbul edəcəklər.[2]
O insanlar ki, İslam dininin əsl qanun və qaydalarını yadan çıxarıb və onda olan yalnız bir neçə aşkar əməllərlə kifayətlənirlər, İslamdan yalnız oruc- namaz və bir neçə murdar şeylərdən çəkinməkdən başqa bir şey bilmirlər. Cəmiyyət qanunu və əxlaqına İslam qanunlarından bilmirlər, çirkin sifətlər onların nəzərində heç bir əhəmiyyət daşımır. Bu bəhanəylə ki, vacib və haram işlər bir- biriylə müxalifdirlər, onlardan boyun qaçırırlar. Allahın haram etdiklərini müxtəlif hiylələrlə düzgün olduğunu sanırlar. Bunun üçün də əgər İmam Zaman (ə) zühur edib onlara desə, siz həqiqi dindən və onun gövhərindən uzaq düşmüsünüz və Quran ayələri və Peyğəmbərin hədislərini həqiqətin əksinə təfsir etmisiniz və İslamın nurani həqiqətini itirib bəzi zahirdə olan mənasıyla kifayətlənmisiniz, bu cür din və proqram onlar üçün bir sıra yenilik olmuş və ondan qorxacaqdırlar; belə olduqda onu İslam bilməyəcəklər, çünki İslamı başqa cür təsəvvür etmişdirlər.[3]
İmam Sadiq (ə) buyurur: "O vaxt ki, bizim qiyamımız qiyam (zühur) etdi insanları əvvəldən İslama dəvət edər, o şeylərə doğru insanları hidayət edər ki, onu yaddan çıxarmışdırlar.[4]
Beləliklə İmam Zamanın (ə) zühuru zamanı İslam dinində heç bir dəyişiklik olmayacaq, yalnız çaşqınlıqlar və şübhələr həll olacaqdır. O cür ki, İmam Sadiq (ə) buyurur: Həzrət Məhdi (ə) həmin Peyğəmbərin (s) gördüyü işi görəcəkdir. Dində olan bidətləri məhv edəcək o cür ki, Allahın rəsulu cahilliyin kökünü məhv etdi.[5]