Please Wait
Baxanların
5833
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa16459 Arxiv kodu 22721
Dəstə تاريخ بزرگان
tags Peyğəmbər|Zeynəb|Həbbar ibni Əsvəd
Sualın xülasəsi
Peyğəmbərin (s) qızdığı Zeynəbin Həbban ibni Əsvədin vasitəsiylə qorxudulması hədisi və Əziz Peyğəmbər (s) tərəfindən onun ölüm hökmünün sadir olması doğrudur?
Sual
Bilmək istəyirdim bu rəvayət doğrduru ki, Allah Rəsulunun Zeynəb adlı qızdığı olub? Bir gün bu qızın karvanına hücum etdilər və onu qorxutdular nəticədə onun uşağı dünyadan getdi. Peyğəmbər (s) göstəriş verdi ki, o şəxsi ki, adı Həbbar ibni Əsvəd idi, hər kəs harada gördü oldürsün? Zəhmət olmasa buyurun bu rəvayət doğrudur ya yox? Və doğru olan halda onun mənşəyin yazın.
Qısa cavab

Qeyd olunan rəvayət tarixi mənbələrdə bu cür gəlibdir: Müşriklərdən bir dəstə o cümlədən "Həbar ibni Əsvəd" Əziz Peyğəmbərin (s) qızdığı Zeynəb ki, Məkkədən Mədinəyə tərəf hicrət etmişdi, incitmək məqsədilə onu izləyirdilər. Müşriklərdən birinci adam ki, Zeynəbin kəcavəsinə çatdı, "Həbbar ibni Əsvəd" idi ki, nizəni Zeynəbin kəcavəsinə vurdu.

Zeynəb ki, hamilə idi bu hücumdan qorxdu və Mədinəyə yetişən zaman uşağını saldı. Bu cəhətdən Peyğəmbər (s) göstəriş verdi "Həbbar ibni Əsvədi" harada görsələr öldürsünlər.[1]

Amma bu barədə ki, "Həbbar ibni Əsvəd" sonralar öldürüldü ya yox, bəzi tarixçilər yazırlar: həbbar ibni Əsvəd, sonralar İslamı qəbul etdi və bağışlandı.[2]

Qeyd olunmalıdır ki, bu xəbər mötəbər tarixi mənbələrdə nəql olubdur. Amma bu cür rəvayətlərdə diqqət olunası məsələ budur ki, bəziləri belə rəvayətləri nəql etməklə, İslamın hökmlərinə və Peyğəmbərin (s) günahkarlarla (cinayətkarlarla) da davranışına nöqsan tutmaq istəyirlər; bu cəhətdən bu məsələyə diqqət etmək lazımdır ki, baxmayaraq ki, İslam Peyğəmbər (s) hamı üçün rəhmət və mehribançılıq məzhəridir. [3] Amma ictimai işlərdə və xalqın hüquqlarında; baş verən hadisə kimi, əmniyyəti qorumaq üçün və cinayətkarların cəzalanması üçün cəzalar təyin edibdir ki, xalq İslam cəmiyyətində əmniyyət hiss etsin və təcavüzkarlara ibrət olsun.

Diqqət etmək lazımdır ki, bu məsələ təkcə İslama məxsus deyil. Bütün bəşəri cəmiyyətlərdə silahsız və müdafiəsiz camaata silahlı hücum etmək və onların arasında qorxu və vəhşət yaratmaq, cinayətdir. Silahlı cinayətkarlar axtarışda olurlar. İstər bu müdafiəsiz camaat ölkələrin hakimlərindən olsunlar, istərsə də adi camaat. İstənilən halda hökumətin vətəndaşı hesablanırlar və onların hüquqlarından müdafiə hökumətə vacib və lazımdır.

İslam Peyğəmbərinin (s) Həbban ibni Əsvədlə rəftarı bu qisimdəndir.

 


[1] - İbni Əbdül- bir, Əbu Ömər Yusif ibni Əbdullah ibni Muhəmməd, Əlistiab fi mərifətul- Əshab, Təhqiq: Əlbəcavi, Əli Muhəmməd, cild 4, səh 1536, darul- cil, Beyrut, Tələvla, 1412/1992; ibnil- cəzri, Əbül- həsən Əli ibni Muhəmməd, Əsədul- ğabəh fi mərifətus- səhabə, cild 4, səh 608, darul- fikir, Beyrut, 1409/1989; Əttəmimi Əssəmani, Əbu Səid Əbdul- kərim ibni Muhəmməd ibni Mənsur, Əlinsab, təhqiq: Əlmələmi əlyəmani, Əbdur- rəhman ibni Yəhya, cild 10, səh 535, Məclisi dairətul- məarif Əlosmaniyyəh, heydər abad tələvla, 1382/1962; Əzzəhəbi Şəmsuddin Muhəmməd ibni Əhməd, Tarixul- İslam vəl- vifyatul- məşahir vəl- uməmi vəl- muluk, (tarixi Təbəri), Təhqiq: İbrahim, Muhəmməd Əbul- fəzl, cild 11, səh 594 və 595, darut- turas, Beyrut, ta əssaniyəh 1387/1967; Əlbihəqi, Əbu bəkir Əhməd ibnil- Hüseyn, dəlailun- nübuvvəh və mərifəti əhvali sahibuş- şəriəh, təhqiq: qələci, Əbdul- məti, Beyrut, darul- kutubul- elmiyyəh, tələvla, 1405/1985, cild 3, səh 156, darul- kutubul- elmiyyəh, Beyrut, təvəla, 1405/1985.

[2] - BNələmi, tarixname Təbəri, təhqiq: Rövşən, Muhəmməd, cild 5, səh 1499, cild 1 və 2 Suruş, Tehrqan, ikinci çap, 1387 hicri şəmsi, cild 3, 4, 5 Əlburz çap 3, 1373 hicri şəms.

[3] - Kuleyni, Kafi, cild 1, səh 527; cild 3, səh 422, darul- kutubul İslamiyyəh, Tehran, 1365 hicri şəmsi, Şeyx Tusi, Təhzib, cild 4, səh 305, darul- kutubul- İslamiyyəh, Tehran, 1365 hicri şəmsi.

«بعث الله تعالی محمداً الی خلقه رحمةً للعالمین»