Please Wait
Baxanların
8580
İnternetə qoyma tarixi: 2012/03/11
Saytın kodu fa16649 Arxiv kodu 22731
Dəstə Qədim kəlam
tags Qənaət|kasıbçılıq|varlılıq|sərvət|bərabərlik|normaq.
Sualın xülasəsi
Müasir dövrdə qənaət etməyin nümunəsi nədir? Həyatda yaşamaq üçün qənaət əsasında normal həyat tərzində yaşamaq hansı səviyyədədir?
Sual
Salam: 1. Mən İslamda işarə olunmuş qənaət məsələsini dərk edə bilməmişəm. Bilmirəm indiki dövrdə insan hansı təbəqədə yaşasın ki, qənaət edən insan hesab olsun? Son zamanlar Meracus- səadət kitabında bu mövzuda olan bir məsələni oxumuşam (kasıb və qənaət edən şəxsin fəzilətləri barəsində). Başqa bir yerdə deyilmişdir Allah bəndələrin ruzisini verəndir və bu dünyada hər bir şəxsin özünə məxsus ruzisi vardır ki, onda heç bir şübhə yoxdur. İnsanları gələcək günlər üçün ruzilərini toplamaqdan qadağan etmişdirlər və başqa bir tərəfdən isə dilənçilik etməyi pis bir əməl bilmişdirlər. Amma indiki müasir dövürdə ev almaq, gözlənilməz xəstəlik, evlənmək, övlad sahibi olmaq və başqa işlər üçün insanın ehtiyat üçün pul toplamasına ehtiyac duyulur və əgər bu işi görməsə həmişə həyəcan və nigəranlıq içində olacaqdır. Misal üçün: Deyirlər əgər bir kəs ölsə və ailəsinin ondan sonra başqalarına möhtac olsa müsəlman deyil və başqa bir tərəfdən deyirlər atanın övladları üçün mal- dövlət yığmağa ehtiyac yoxdur. Əgər insan bu gününü fikirləşməsə və sabahın gününü fikirləşməsə qocalıqda digərlərinə möhtac olmağa səbəb olmur? Əgər kasıb varlıdan üstündürsə, bəs nə üçün dualarda Allahdan ruzimizin çox olmasını istəyirik? 2. Əgər bir şəxs ən az bir miqdarda öz ehtiyaclarıyla kifayətlənsə və pulundan artıq qalanını ev almaq üçün toplasa ki, ailəsi üçün bir ev alsın və hər ay ondan sədəqə də versə aya bu şəxs hər il o pulun xumsunu verməlidir. Belə olduqda heç bir zaman ev sahibi olmayacaqdır (baxmayaraq ki, ən azı ev, ruzi və geyim həyatda ən ehtiyac duyulan şeylərdəndir) Müctəhidlərin əhkam risaləsində deyiril: İllik gəlirdən nə qədər əlavə gələrsə onun xumsunu vermək lazımdır. Bir halda ki, xums barəsində olan suallara cavab verilir bu məsələylə fərqlidir. Bu məsələ səbəb olur insan tamam gəlirini işlətsi ki, xums üstünə gəıməsin və bu da nəticədə xəsisliyə gətirib çıxarır.
Qısa cavab

Hörmətli istifadəçi: sizin açıqladığınız məsələdə bir növ dinin yaşayış üçün qərar verdiyi məsələlərdə maddi cəhətdən iki tərəfli anlaşılmamazlıq hiss olunur. Bunun üçün də biz burada qısa şəkildə bir neçə nöqtəni açılama vasitəsiylə İslamın nəzərini kasıb, varlı və qənaət barəsində ibrət və sizin zehninizdə olan şübhəni həll etsin.

1. Bildiyiniz kimi İslam dini kamil bir dindir və insan həyatın üçün proqramlar hazır etmiş və onların ixtiyarında qoymişdur. Bunu da bilirik ki, Allah Taala insanı ağıl, qəzəb və şəhvət qüvvəsi daxilində yaratmışdır, bu qüvvə və istəkləri nəzərə aldıqda onun kamillik mərhələsinə çatmaq üçün onun həyatının hidayət olması Peyğəmbərlər vasitəsiylə elan olunur ki, insan öz ağılı və Peyğəmbərlər vasitəsiylə xoşbəxt həyata sahib olsunlar.

2. Bunu da bilirik bu şəhvət və istək qüvvəsidir ki, insanı iş və səy etməyə çağırır ki, dünyada özü və olduğu cəmiyyətdə maddi və mənəvi cəhətdən xeyirli və yüksək məqamlarda yer tutsun. Bu cür olduqda, insan bu dünyada yaşaması üçün səy etməlidir və hər bir kəs səy edib işləsə təbiidir ki, əldə etdiyi məbləğlə hər bir işə nail olsun. həyatda yaxşı və xoşbəxt ömür sürər.

3. Əgər insan istəsə dünyada iş və səy etdikdə həris və dünyaya bağlı olmasın, lazımdır normal yaşamağ tərzini özü üçün təyin etsin. Normal yaşamaq həmin bəyənilmiş sifətdir ki, dini təlimlər və ağılımız onu sevir.

Əgər insan, nəfsinin qarşısında ki, onu dünya pərəstliyə dəvət edir ki, nəticəsi təkəbbürçülükdür,[1] möhkəm və payidar olsa, normal bir həddə yiyələnməkdir. Normal olmaq, kasıb olmaq deyildir ki, insan gələcəyindən qorxsun, və yaxud hərislik və var- dpvlət toplamaq deyildir, insanı yad etməkdən və ondan qəflətdə olmağa çağırsın.

4. Qənaət vasitəsiylədir ona riayət etməklə müvəffəq olmuşuq; yəni dini nümunələr əsasında bu bərabərliyə riayət etməklə və zinət içində yaşamaqdan uzaq olmaqla xoşbəxt həyata sahib olmuşuq.

5. O ki, deyilir, bu dünyada hər kəsin öz payı vardır; bu o deməkdir insan öz gücü həddində və normal şəkildə çalışaraq halal ruzi, Allaha təvəkkül və qiyamətə inam və sonsuz dərəcədə sərvət toplamaqdan uzaq olmaq üçün fəaliyyət etməlidir. Odur ki, qənaət məna tapır; yəni əgər insan səy etsə (əlbəttə düzgün və doğru yolda) heçbir zaman gələcəyi və ehtiyacları üçün həyəcan içində olmayacaqdır; çünki insna əmr olunmuşdur səy və fəaliyyət etsin, ruzi və bərəkət isə Allah tərəfindən olacaqdır. Əgər bir şəxs bu nəzəriyyəylə dünyaya və həyata nəzər salsa, heç bir zaman kasıblığın fikriylə həyəcan hissi keçirməz; çünki o qanun- qayda çərçivəsində hərəkət etmişdir. Bir halda əgər kasıblıq onun sorağına gəlsə, o kasıblıq fəxrdir.[2]

O cür ki, Məsum İmamlar (ə) onu təzim etmişdirlər və ya əgər var- dövlət sahibi olsa nəinki, həyatında fitnə- fəsada səbəb olmayacaq bəlkə həyatına zinət olacaqdır.[3]

6. Bunun üçündə kasıb olmaq istər özü- özlüyündə istərsə də din nəzərindən heç bir qiyməti olmaz və halal yol ilə var- dövlətin ələ gəlməsi məzəmmət olmamışdır. Kasıb və varlı olmaq hər "ikisi Allahın imtahan vasitələrindəndir ki, mümkündür insanın kamil və yaxud öz yolunu azmasına səbəb olsun. Əlbəttə diqqət etmək lazımdır ki, kasıb şəxs cəmiyyətdə öz dərəcəsində olan insanlar qarşısında az məsuliyyət daşıyacaqdır və qiyamət günü onun hesabı yüngül olacaq; çünki dünya malı barəsində buyurmuşdurlar; halalında hesab haramında isə əzab vardır.[4]

7. Övlad üçün xeyir iş və irs qoymaq və... bu dörd çərçivə daxilindədir. Əgər var- dövlət məzəmmət olunmuşdursa zəif və kasıblara əl tutmağın mənası yoxdur; bəs irs qoymaqda onun kimi hesab olunur. Burada dini məqamlara da diqqətsizlik etmək olmaz, o cümlədən həcc, xeyirhaxlıq və... çünki məzəmmət olunan iş həddindən artıq var- dpvlət toplamaqdır.[5]

Nəin ki, öz gəlirdən bir hissəsini gələcəyin və övladların üçün saxlayasan.

8. Xumsun şamil olması barəsində müctəhidlərin nəzəriyyələri fərqlidir; bunun üçün də o müctəhidlərdən təqlid etmək olar ki, insanlar arasında ümumi ehtiyacğara və evə xumsun şamil olmadığını bilirlər.[6]

Bu mövzuda əlavə məlumat əldə etmək üçün aşağıdakı mətləbləri mütaliə etmək faydalıdır:

Qənaətin əsəri və hərisliklə olan fərqi. 14858.

Borc məsələsində, məsumların iki tərəfli əməl etməsi. 15457.

Borc vermək və onun sədəqə verməkdən daha üstün olması, 13033.

Zərər, xəstəlik və imtahan, 2619.

 


[1] - Ələq surəsi, ayə 6 7.

«كَلاَّ إِنَّ الْإِنْسانَ لَيَطْغى* أَنْ رَآهُ اسْتَغْنى»

həqiqətən insan tuğyan edir, ondan ki, özünü ehtiyacsız görür!

[2] - Kasıbçılıq mənim fəxrimdir və mən onunla iftixar edirəm. Məclisi Məhəmməd Baqir, Biharul- ənvar, cild 69, səh 30, Əl- vəfa. Müəssisəsi, Beyrut 1409 hicri qəməri.

«رُوِيَ عَنِ النَّبِيِّ (ص) الْفَقْرُ فَخْرِي وَ بِهِ أَفْتَخِرُ»

[3] - Mal və övlad dünya zinətidir xeyirxah və saleh əməlin sahibi Allah yanında daha yaxşı və ümid bağışlayandır. Kəfh surəsi, ayə 46.

«الْمالُ وَ الْبَنُونَ زينَةُ الْحَياةِ الدُّنْيا وَ الْباقِياتُ الصَّالِحاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَواباً وَ خَيْرٌ أَمَلا»

[4] - Mühəddis Nuri, Mustədrəkul vəsail, cild 12, səh 51, lul- beyt müəssisəsi, Qum, 1407 hicri qəməri.

«... وَ اعْلَمْ أَنَّ فِي حَلَالِهَا حِسَاباً وَ فِي حَرَامِهَا عِقَابا...»

[5] - Vay olsun hər eyb axtarıb məsxərə edənə! Həmin şəxsə ki, çoxlu mal toplayıb və onu hesablayır (onun halal- haram olmasına diqqət etmədən) o hesab edir ki, var- dövlət onu cavidan edəcəkdir.

[6] - O cümlədən: Ayətullah Behcət, Fazil Lənkərani, Safi Gülpayqani Nuri Həmədani. Ev almaq üçün toplanan pulun xumsu. 1736. (Sayt. 1732)