Please Wait
Baxanların
7804
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1693 Arxiv kodu 24437
Dəstə Nizamlar hüquq və əhkam ,Xumsun hesablanması və onun ödənmə qaydası
tags xums|mali il|gündəlik təlabat malları|xüms ili
Sualın xülasəsi
Xüms ilinin sonunda gündəlik təlabat mallarının xümsünün hesablanması necə aparılır?
Sual
Çorək, dənli bitkilər (buğda, noxud, düyü, mərci və s) və s kimi gündəlik təlabat mallarına xüms pulu düşürmü? Onların qiyməti necə hesablanır? Gündəlik istifadə etmək üçün alınan mallara xüms ilinin sonunda onlara da xüms hesablanmalıdırmı ya xeyir? (Həzrət ayətullah uzma Xameneinin müqəllidiyəm).
Qısa cavab

Həzrət Ayətullah uzma Xamenei bu suala belə cavab vermişdir: “Gündəlik istifadə edilən, düyü, yağ və s kimi mallar xüms ilinin sonunda artıq qalarsa” onların xüms pulu verilməlidir.[1]

Xüms pulu həmin artılq qalan malın özündən verilməli olduğundan, məsələn ilin sonmunda 5 kq düyü artıq qalarsa onun 1 kq- ı xüms kimi verilməlidir. Yaxud da həmin günün qiymətinə uyğun onun pulu Mərcə təqlidin dəftərinə verilməlidir.

Burada alınan zaman nəzərə alınmır, yəni, əgər siz ilin sonuna bir neçə saat qalmış həmin malı alarsınızsa və il sonunda bu mal artıq qalarsa onun xümsü verilməlidir. Əgər almamışsınızsa deməli onun pulu sizin özünüzdədir ki, o pulun da xümsü vardır.


[1] - Tozihul məsail (əl- məhşail lil imamil Xomeyni), cild 2, səh 79, sual 912.