Please Wait
Baxanların
5662
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1729 Arxiv kodu 24439
Dəstə Nizamlar hüquq və əhkam ,Naməhrəmin şəklinə və filminə baxmaqlıq,Qeyri adı yerlər
tags Baxmaq|şəkil|hicablı|elçilik|evlilik
Sualın xülasəsi
Hicablı qadının əksini naməhrəmə verməyin hökmü nədir?
Sual
Mən bir kişi ilə evlənmək istəyirəm. Məndən şəkil istədilər. Hicablı şəkili naməhrəmə vermək günahdırmı?
Qısa cavab

Böyük Mərcə təqlidlərin dəftərlərindən bu suala belə cavab vermişlər:

Həzrət ayətullah ul uzma Xameneinin dəftəri:

Öz- özlüyündə eybi yoxdur.

Həzrət ayətullah ul uzma Məkarim Şirazinin dəftəri:

Suala əsasən eybi yoxdur.

Həzrət ayətullah ul uzma Safi gülpayiqaninin dəftəri:

Oğlan sizinlə evləmək istəyindədirsə, sizin şəkilinizə baxa bilər. Lakin çalışın şəkliniz naməhrəmdə qalmasın.