Please Wait
Baxanların
6232
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1730 Arxiv kodu 24440
Dəstə Nizamlar hüquq və əhkam ,Qiraət
tags Namaz|kişi|qadın|qiraət|vaciblər
Sualın xülasəsi
Gündəlik vacib namazların qiraətinin keyfiyyətini bəyan edin
Sual
Mən qadınam və namazı ahəstə oxuyuram və qəlbim rahat deyil və fikrim dağılır. Əgər evdə heç kəs olmazsa, namazlarımı ucadan oxuya bilərəmmi?
Qısa cavab

Qadınların namazı ucadan qılması barəsində vəzifələrini iki qrupa ayırmaq olar:

1. Zöhr və əsr namazlarının həmd və surəsi alçaqdan qılınmalıdır.[1]

2. Sübh, məğrib və işa namazlarının həmd və surələri iki şəkildə oxunur:

A. Naməhrəm onun səsini eşitmədiyi halda.

B. Naməhrəm onun səsini eşitdiyi halda.

Birinci halda Mərcə təqlidlər belə buyurmuşlar: Qadın sübh, məğrib və iş namazlarının həmd və surəsini ucadan yaxud astadan oxuya bilər.[2]

Amma ikinci halda əksər Mərcə təqlidlər buyururlar ki, qadın ehtiyate vacibə əsasən namazı ahəstə qılmalıdır. Bəzi mərcə təqlidləri isə müstəhəb ehtiyata əsasən ahəstə qılmalı olduqlarını buyurmuşlar. [3]

Bir çox mərcə təqlidləri naməhrəmə səsi eşitdirməyi haram hesab etmişlər və ahəstə oxumaqa fətva verirlər.[4]

Buna görə əgər namaz qılan şəxs namazı astadan oxumalı olduğu yerdə ucadan qılarsa, namazı batildir.[5] Şübhəsiz sırf qəlbin daha da rahat olması üçün namazın şərtlərinə riayət etməmək olmaz.  

 


[1] - Tozihul məsail mərace, 992 məsələ.

[2] - Tozihul məsail mərace, 994 məsələ.

[3] - Ayətullah Zəncani: Ehtiyate müstəhəbə əsasən ahəstə qılmalıdırlar. Ayətullah Məkarim Şirazi: ehtiyate müstəhəbə əsasən ahəstə qılmalıdırlar. Ayətullah Xoyi, Təbrizi: Əgər naməhrəm səslərini eşidərsə ehtiyata əsasən ahəstə qılmalıdırlar.

[4] - Ayətullah Sistani: Naməhrəmə səsini eşitdirmək haramdır. Əgər bilə- bilə ucadan oxuyarsa, ehtiyata əsasən namazı batildir. Ayətullah Behcət: Əzhərə əsasən əgər naməhrəm səsini eşitsə, gərək yavaşdan oxusun. O surətdəki, onun səsin eşitmək haram olsa, məsələn fitnə fəsad orxusu və ya ləzzət almaq məqsədi olsa

[5] - Tozihul məsail mərace, 995 məsələ.