Please Wait
Baxanların
12303
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa17689 Arxiv kodu 21465
Dəstə Qədim kəlam ,Təzə kəlam
Sualın xülasəsi
Həmd, mədh və şükrün fərqi nədir?
Sual
Aya həmd, mədh və şükr kəlmələri arasında fərq vardırmı? Bir- biriylə necə rabitələri vardır?
Qısa cavab

Həmd, mədh və şükr lüğətdə və termində:

1.             "Həmd" kəlməsi lüğətdə ibadət və sitayiş mənasındadır,[1] terminində isə ibadətdir: Bəyənilmiş iş və sifət ki, ixtiyari olaraq həyata keçirilir.[2]

2.             "Mədh" kəlməsi də sitayiş mənasında işlədilmişdir,[3] və bir cəhətdən həmd və mədh bir mənada işlədilmişdir;[4] amma həmdlə olan fərqi budur ki, mədh insan ixtiyarından kənar olan bəyənilmiş işə şamil olur.[5]

Bu açıqlama çərçivəsində həmd və mədh arasında olan fərq məlum olur. Başqa bir nöqtə budur ki, Allaha həmd etmək, onun məqamı və fəziləti[6] bərabərindədir.

3.             "Şükr" kəlməsi, nemətləri yad etmək və onu aşkar etməkdir.[7] Fars dilində də sitayiş etmək kimi gəlmişdir.[8]

Allah tərəfindən şükr yəni savab verməkdir[9] ki, Allaha bu cəhətdən şakir və şükr deyilir.[10]

Şükr və həmd arasında bir neçə nəzəriyyə vardır ki, onlardan nümunə üçün iki nəzəriyyəyə işarə olunur:

A. Şükr müəyyən nemət qarşısında dil, ürək və bədənin digər üzvləriylə həyata keçirilir; bu zaman dilə olunan şükr onlardan biri hesab olur.[11]

B. Həmd, gözəl sitayiş deməkdir bu məqsədləki, nemətlərin qarşısında baş əyib təşəkkürünü bildirsin.

Bəs şükr nemətlər qarşısında təzim etməkdir.[12]

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Lisanul- ərəb, cild 3, səh 155; Əl- əyn kitabı, cild 3, səh 188 və 189, "Əl- həmd" kəlməsi. Fərhənge Əbcədi Ərəbi, farsi, səh 25.

[2] - Təbatəbayi- Seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril Quran, cild 1, səh 19, Dəftəre intişarate İslami, Qum, beşinci çap, 1417, hicri qəməri; Hüseyni Həmədani, Seyyid Məhəmməd Hüseyn, Ənvare derəxşan, təhqiq, Behbudi, Məhəmməd Baqir, cild 1, səh 15, Kitab fruşiye Lütfi, Tehran, birinci çap, 1404, hicri qəməri.

[3] - Lisanul- ərəb, cild 2, səh 589 "Əl- mədh" kəlməsi.

[4] - Zəməxşəri, Məhmud, Əl- Kəşşaf ən həqaiqu Fəvamizul- tənzil, cild 1, səh 8. Darul kitab əl- ərəbi, Beyrut, 1407. Hicri qəməri.

[5] - Əl- mizan fi təfsiril Quran, cild 1, səh 19; ənvare derəxşan, cild 1 səh 15.

[6] - Əl- müfrədat fi cəbiril Quran, səh 256.

[7] - Lisanul- ərəb, cild 4, səh 423; Əl- müfrədat fi qəbiril Quran, 461. Əl- təhqiq fi kələmati əl- Quranil kərim, cild 6, səh 99 və 100. "Əl- şükr" kəlməsi.

[8] - Əl- təhqiq fi kələmatil Quranil kərim, cild 2, səh 280; fərhənge əbcədi ərəbi- farsi, səh 81 və 512.

[9] - Lisanul ərəb, cild 4, səh 423.

[10] - Bəqərə surəsi, ayə 158 və Fatir surəsi ayə 30.

[11] - Əl- kəşşaf ən- həqaiqi cəvazimul tənzil, cild 1, səh 8- 9.

[12] - Məcməul Bəhreyn, cild 3, səh 39 "Əl- həmd" kəlməsi.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.