İslam məktəbi insanların fəsada düşmələrinin qarşısını almaq üçün və əxlaqi fəsadlardan yaranan problemlərin aşkar olmasından fərd və cəmiyyəti qorumaq üçün, həmçinin ailə ocağını möhkəmləndirmək üçün və... evlənməyə çox tövsiyə edibdir.
Həyatı və gələcəyi üçün qərar verə bilən inkişaf həddinə yetişən bir cavanın işinə İslam dini çox əhəmiyyət verir.
Amma burada diqqət olunası neçə məsələ var:
- İslamın həyat verən məktəbi evlənmək məsələsində diqqətə aldığı ilk məsələ, kişi ilə qadının "kufv" olmasıdır. Yəni bir- birilə evlənmək və gələkdə müştərək, bir- birini başa düşən və mübahisəsiz həyatlarının olmasını istəyən cavan oğlan və qız, bir- biri ilə dini, fikri, mədəni, əxlaqi və... uyğunluqları olmalıdır. Fikri və mədəni cəhətdən təqribən yaxın səviyyədə olmalıdırlar ki, Allah evlənməmiş, evlilik və övladları tərbiyə etmək məsələsində ixtilafa düçar olmasınlar.
Bu elə bir məsələdir ki, cavanlar evlənən zaman ona diqqət etməli və həssaslıqdan uzaq olaraq, düşüncə və fikirlə msələni hər tərəfli ölçməli, sonra bu işi görməlidirlər.
- Müsəlman kişinin kitab əhlindən olmayan qeyri müsəlman bir qadınla evlənməsi, İslamın bütün firqələrinin nəzərinə əsasən, doğru deyil. Amma müsəlman kişinin kitab əhlindən olan qeyri müsüəlman bir qadınla evlənməsi, xristian və yəhudi kimi, əhli- sünnə fəqihlərinin nəzərinə əsasən icazəli, amma İmamiyyə (Əhli- beyt məktəbinin ardıcılları) fəqihlərinin nəzəri bu barədə fərqlidir. Bir dəstə daimi və müvəqqəti evliliyin icazəli olduğunu deyir, o biri dəstə qadağan ediblər və bəziləri də deyirlər: Onlarla müvəqqəti evliliyin iradı yoxdur, amma onlarla daimi evlənmək qadağandır.[1] Əlbəttə müasir fəqihlərin arasında ikinci nəzəriyyənin tərəfdarı yoxdir. Və kitab əhlindən olan qadınlarla müvəqqəti evliliyin iradı olmaması barəsində onlar arasında heç bir ixtilaf müşahidə olunmur. Bundan əlavə onların bəzisi daimi evliliyi də qadağan etməyiblər.[2]
- Naməhrəm qız ya qadınla evlilikdən və məhrəmlik əqdi oxunmamışdan əvvəl yaxın əlaqənin olması, İslamın müqəddəs şəriətinin qanunlarına əsasən, haram və iradlıdır. Əlbəttə, gələcəkdə onunla evlənmək istədiyi və gələcəkdəki həyatları barəsində bir- birinin düşüncə və nəzərlərini öyrənmək məqsədi ilə görmək həddində görüşmələrinin iradı yoxdur. Bundan qeyrisi qeyri qanuni və düzgün deyil.
- Oğlanın istədiyi qızla evlənməsində, oğlanın ata və anasının razılığı, evliliyin qanuni olmasının şərti deyil. Şərt olan qızın atasının razı olmasıdır. Əgər qızın atası razı olmasa, əqdin iradı var. Əlbətəə, istədiyiniz qızla evlənməyinizdə, sizin ananızın razılığı evlilik əqdinin düzgünlüyünün şərti olmasa da, amma əgər ata və ananın narahatçılığına və əziyyətinə səbəb olsa, haramdır. Amma əqdin düzgünlüyünə mane olmur.
- Siz müsəlman və İslamın hökmlərinə əməl edən bir cavan olduğunuza görə, sizə belə bir təklif edirik ki, qızın ailəsi razı olarsa onunla bir müddət məsələn altı ay ya bir il əqd edin ki, həm bu müddət ərzində o sizinlə evlənməklə İslam və onun hökmləri ilə tanış olsun, həm də siz bu müddətdə istədiyiniz qadınla daimi evlənmək üçün ananızın razılığını əldə edin.
Daha çox məlumat əldə etmək üçün, aşağıdakı göstəricilərə müraciət edin:
- Qeyri müsəlmanla evlənmək, suallar 1198 (sayt: 1201), 842.
- Kitab əhli qadınlarla müvəqqəti evlilik, sual: 23587 (sayt: fa1254).
- Xristianlarla evlənmək, sual 14827 (sayt: az14623).
[1] - Məhəmməd Cavad Muğniyə, Əl- fiqhi ələl- məzhəbil- xəmsə, səh 47- 49.
[2] - Mərcələrin izahlı hökmləri, cild 2, səh 397, m 2397.