Please Wait
Baxanların
6173
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa18033 Arxiv kodu 21482
Dəstə Təfsir
Sualın xülasəsi
"Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
Sual
"Quranda Saduqatihinnə (صدقاتهن) və Ucurəhunnə (اجورهن) nəyin barəsindədir?
Qısa cavab

 «صدقاتهن»"Saduqatihinnə"[1], daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən "sidaq" ünvanına ad aparıbdır.[2]

Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin.[3] Amma qadın öz mehriyyəsini bağışlasa lazım deyil ödəsin.[4]

Həmçinin bu kəlmə, dolayı yolla izdivac müqaviləsində düzgünlüyə və səmimiyyətə işarə edir.[5]

Amma «صدقاتهن» "Ucurahunnə"[6], müvəqqəti izdivac (evlilik) məsələsinə və "mütə" termininə işarə edir və deyir:

"Mütə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehriyyəsini bir vacib ünvanına gərək ödəyəsiniz".[7]

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Nisa surəsi, ayə 4.

«وَ آتُوا النِّساءَ صَدُقاتِهِنَّ نِحْلَةً فَإِنْ طِبْنَ لَکُمْ عَنْ شَیْ‏ءٍ مِنْهُ نَفْساً فَکُلُوهُ هَنیئاً مَریئاً»

Qadınların mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!

[2] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 3, səh 262, Darul- kutubul- İslamiyyə, Tehran, birinci çap, 1374 h.ş. Təbatəbayi, seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 4, səh 169, İntişarate İslami dəftərxanası, Qum, beşinci çap, 1417, h.q.

[3] - Nümunə təfsiri, cild 3, səh 262: Hüseyni Corcani, seyid Əmir əbul- futuh, Ayətul- əhkam, təhqiq, İşraqi Sərabi, Mirzə Vəliyullah, cild 2, səh 329 və 330, Nəvid intişaratı, Tehran, birinci çap, 1404 h.q.

[4] - Ayətul- əhkam, cild 2, səh 330; Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan fi- təfsiril- Quran, Bəlağinin girişi ilə, Məhəmməd Cavad, cild 3, səh 12, Nasir Xosrov nəşriyyatı, Tehran, üçüncü çap, 1372, h.q.

[5] - Hüseyni Həmədani, seyid Məhəmməd Hüseyn, Parlayan nurlar, təhqiq, Behbudi, Məhəmməd Baqir, cild 3, səh 342 və 343, Lütfi kitab mağazası, Tehran, birinci çap, 1404 h.q.

[6] - Nisa surəsi, ayə 24; İstifadə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!

«... فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَریضَةً ...»

[7] - Nümunə təfsiri, cild 3, səh 335.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.