Please Wait
Baxanların
10689
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1809 Arxiv kodu 24446
Dəstə Nizamlar hüquq və əhkam ,• دیگر احکام مرتبط با نماز
tags Namaz|Dua|məscid|kilsə
Sualın xülasəsi
Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
Sual
Xristiyan olan dostlar bizdən kilsəyə getməyimizi istəyən zaman orada gedib namaz qılmaq yaxud Allaha dua etmək olarmı? Mən İslam kitablarında oxumuşam ki, həzrət Süleymanı (ə) dostları kilsəyə dəvət etdikləri zaman, o kilsəyə gedir və orada namaz qılıb, Allaha dua edirdi.
Qısa cavab

Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin müsəlman hər cür zərər, təhlükədən və belə məkanlara gediş- gəlişdən çəkinməlidir. Həmçinin ehtimal ki, yeməkləri  pak və sağlam olmayan restoranlara getməməlidir.

Deməli:

1. Əgər kilsə tərk edilmiş və xristiyan təbliğçilərinin nəzarəti altında olmazsa, bu məkandan “namaz və dua məkanı” kimi istifadə etmək olar. Əlbəttə nəcis olmaması şərti ilə ki, namaz qılanın paltarına və səcdə edilən yerə siraət etməsin. Əlbəttə namazdan öncə namaz qılınan yeri su ilə yumaq və quruduqdan sonra namaz qılmaq müstəhəbdir.[1]

2. Müsəlmanların ibadət yeri məcsiddir və onların digər dinlərin ibadət yerlərinə gedib və məscidi xəlvət qoymaqları caiz deyil.

3. Kilsəyı gedib- gəlmək və xristiyan və yəhudi təbliğçiləri ilə əlaqə saxlamaq, yalnız elmi- məzhəbi səthi yüksək olan və İslam etiqadına bələd və möhkəm olan müsəlman üçün caizdir ki, onların təsiri altına düşməsin.

4. Xristiyan dini Süleymandan (ə) illər sonra yaranmışdır və bu hesabla onun kilsədə ibadət etməsi qeyri- mümkündür.


[1] - Əl- elmiyyətil dəməşqiyyə, kitabul səlat, məkanil müsəlla