Please Wait
Baxanların
9376
İnternetə qoyma tarixi: 2011/11/24
Saytın kodu fa1819 Arxiv kodu 19161
Dəstə Quran elmləri
Sualın xülasəsi
Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
Sual
Quranın neçə surəsi heyvanların adı ilə bağlıdır?
Qısa cavab

Quranın beş surəsindən hər biri bir heyvanın adı ilə bağlıdır:

1 - “Bəqərə” surəsi (dişi inək), 2 - “Nəhl” (bal arısı), 3 - “Nəml” (qarışqa), 4 - “Ənkəbut” (hörümçək) və 5 – “Fil” surəsi.[1]

Bu surələrin fəziləti:

1. “Bəqərə” surəsi: Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən “Quranın hansı surəsi və hansı ayəsi daha çox fəzilətə malikdir?” - deyə soruşduqda, həzrət “Bəqərə” surəsi və Ayətəl-kürsü” deyə cavab verdi.[2]

2. “Nəhl” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Nəhl” “surəsini tilavət etsə, Allah-taala dünyada ona verdiyi nemətlərdən qiyamətdə hesab almaz.”[3]

3. “Ənkəbut” surəsi. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Hər kəs “Ənkəbut” surəsini tilavət etsə, Allah-taala onun əməl dəftərində (bütün) mömin və münafiqlərin sayından on qat artıq həsənə qeyd edər.”[4]

4. “Nəml” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs “Şura”, “Nəml” və “Qəsəs” surələrini cümə axşamı oxusa, ilahi övliyalardan olar.”[5]

5. “Fil” surəsi. İmam Sadiq (əleyhis-salam) buyurur: “Hər kəs vacib namazlarında “Fil” surəsini oxusa, qiyamət günü dağlar, səhralar və səhraların qumları “bu şəxs namaz qılanlardan idi” deyə  şəhadət verəcəkdir.”[6]

“Fil” və “İlaf” surələri bir surə hesab olunduğuna (biri digərini tamamladığına) görə namazda “Həmd” surəsindən sonra “Fil” surəsini oxumaq istəsək, gərək ondan sonra “İlaf” surəsini də oxuyaq.[7] Diqqət yetirmək lazımdır ki, Quran ayələri və surələr üçün deyilən bu və başqa fəzilətlər o zamandır ki, dərindən düşüncə ilə yanaşı qiraət olunsun, onun sayəsində insanın ruhu ilahi maariflə sirab olsun.[8]



[1] Mirzə Baqir, Hüseyni, “Aşnayi və üns ba Quran”, “Hərəm” nəşriyyatı, səh. 43

[2] Yenə orada, səh. 232

[3] Yenə orada, səh. 237

[4] Yenə orada, səh. 241

[5] Əzizi, Abbas, “Quran surələrinin fəzilət və təsirləri”, səh. 47

[6] Yenə orada, səh. 114

[7] “Təhrirul-vəsilə”, 10-cu cild, “əl-qovlu fil-qiraəti vəz-zikr” bölməsi, məsələ 6

[8] “Təfsiri nümunə", 5-ci cild, səh. 144

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.