Please Wait
Baxanların
20000
İnternetə qoyma tarixi: 2012/05/19
Saytın kodu fa1852 Arxiv kodu 24438
Dəstə Nizamlar hüquq və əhkam ,Məzhəbdə iştiraklıq
tags şiə|Evlənmək|əhli- sünnət
Sualın xülasəsi
Şiənin sünni ilə ailə qurması caizdir?
Sual
Mən şiəyəm və bir sünnini sevirəm. Bizim bir- birimizlə ailə qurmağımıza icazə varmı? Bu haram deyil?
Qısa cavab

Bu barədə mərceyi- təqlidlərin fətvalarını nəzərinizə çatdırıram:

Sual: Müsəlmanın qeyri- müsəlman, şiənin sünni ilə evlənməsi doğrudurmu?

Həzrət ayətullah ul üzma Fazil Lənkərani:

Müsəlman qadının qeyri- müsəlmanla ailə qurması caiz deyil, həmçinin şiə qadının sünniyə ərə getməsi məkruhdur. Müsəlman kişinin qeyri- müsəlman ilə ailə qurması müvəqqəti olsa, şiə kişinin sünni qadın ilə ailə qurmasının maneəsi yoxdur.

Həzrət ayətullah ul üzma Bəhcət:

Kitab əhlidirsə müvəqqəti əqdin işkalı yoxdur. Ancaq şiə qadın və qızın sünni ilə ailə qurması ehtiyati- təklifə görə icazə verilmir.

Həzrət ayətullah ul üzma Sistani:

Kitab- əhli ilə ailə qurmaq ehtiyati- vacibə görə caiz deyil və sünnni ilə ailə qurmaq məzhəbin dəyişdirilməsinə səbəb olmazsa caiz deyil.

Həzrət ayətullah ul üzma Məkarim Şirazi:

Müsəlmanın qeyri- müsəlman ilə ailə qurması caiz deyil və şiə kişilərinin sünni qadınlarla ailə qurmasının işkalı yoxdur. Amma şiə qadınlarının sünni kişilərlə ailə qurması məzhəbin dəyişdirilməsinə səbəb olur deyə işkallıdır.

Şərh: Bəzi firqələrlə: ğulat, nasibilər, xəvaric və özünü müsəlman hesab edən əslində isə küfr edənlərlə ailə qurmaq caiz deyil.[1] [2]


[1] - İqtibas əz risaleyi daneşcuyi ss 212 və 228

[2] - Iqtibas əz sual 1254 ( sayt: 1333) (sünni xanımlarla evlənmək)