Please Wait
Baxanların
6446
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa18709 Arxiv kodu 23321
Dəstə Nizamlar hüquq və əhkam
tags Camaat namazı|hörmətsizlik|səhih|batil
Sualın xülasəsi
Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
Sual
Fəqihlər belə fətva verirlər ki, camaat namazı təşkil olunan zaman gərək bir şəxs fürada namaz qılmasın. Onlar demişlər: Fürada namaz imam camaata qarşı hörmətsizliyə səbəb olsa, caiz deyildir. Mənim sualım budur: 1. Bu barədə hörmətsizlik olub-olmadığını necə ayırd edə bilərəm? 2. Əgər hörmətsizlik olması fərz olunsa, fürada namazı batil sayılırmı?
Qısa cavab

Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir:

Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:

Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir.

Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir.

Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:

Bu halda fürada namazının işkalı yoxdur; yalnız o zaman işkalı var ki, hörmətsizlik olduğunu bilərsiniz və ehtimalın zərəri yoxdur. Hər bir halda namaz səhihdir.

Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:

Cavab 1. Camaat arasında bu iş pişnamaza və sair möminlərə hörmətsizlik sayılsa, caiz deyildir.

Cavab 2. Namazı batil deyildir.

Ayətullah əl-uzma Safi Gülpayqaninin  (müddə zilluhul-ali) dəftərxanası:

Bu məsələ iki şəkildə baş verə bilər: Bəzən fürada qılan şəxs imam camaatı tanımayan qərib şəxsir. Bu halda onun təklikdə namaz qılması pişnamazı fasiq hesab etmək sayılmır, əksinə bu məsələnin zahiri pişnamaz barəsində məlumatsızlığı və onu tanımamasıdır. Deməli, əgər fürada qılsa, işkalı yoxdur. Amma əgər o məhəllədə yaşayan bir şəxs kimi pişnamazı tanıyırsa, bu halda namazı müdavim şəkildə fürada qılması əməldə pişnamazı təfsiq etmək (fasiq bilmək) sayılır və bu iş caiz deyildir, bu halda fürada namazının işkalı vardır.