Please Wait
Baxanların
5912
İnternetə qoyma tarixi: 2011/11/24
Saytın kodu fa1943 Arxiv kodu 19180
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Ruhanilərin imam-camaat və pişnamaz ünvanı ilə qıldıqları namaz müqabilində camaatdan pul alması caizdirmi?
Sual
Mən İranda yaşamıram. Bilmək istərdim ki, məscidlərdə, yaxud idarələrdə imam-camaat təyin olunan bir ruhani camaat namazı qılmaq müqabilində dövlətdən əmək haqqı ala bilərmi? Halbuki nə dövlətlə müqavilə bağlamış, nə də bunu şərt etmişdir.
Qısa cavab

Əzəmətli mərcəyi-təqlidlərin dəftərxanalarından verilən cavablar:

Ayətullah Xamenei:

“Camaat namazı qılmaq müqabilində pul almaq olmaz. Əlbəttə, əgər gediş-gəliş haqqı, maşın kirayəsi və s. ünvanla olsa işkalı (eybi) yoxdur. Amma dövlət tərəfindən (camaat namazı qılmaq müqabilində) aylıq maaş almağa gəldikdə isə, bunun hökmü müxtəlif hallarda, ayrı-ayrı şəxslər və dövlətlə əlaqədar fərqlənir.”[1]

Ayətullah Məkarim Şirazi:

“Bu kimi məsələlərdə gərək həmin ölkənin böyük şəxsiyyətli alimlərinə müraciət olunsun. Çünki onlar həmin yerin məsələlərindən daha çox agahdırlar.”[2]

Ayətullah Safi Gülpayiqani:

“Əgər dövlətdən maaş almaq ruhani üçün bir vəzifə icad olunmasına səbəb olarsa –necə ki, bəzi ölkələrdə belədir – maaş almaq caiz deyildir. Həmçinin əgər dövlət islam dövləti olmazsa, yenə də (bu işə görə) əmək haqqı almaq caiz deyildir.”[3]



[1] لاَ یجُوزُ اَخْذُ الْاُجْرَةِ مُقَابِلَ الصَّلاَةِ بِالناَّسِ، نَعَمْ لاَ مَانِعَ مِنْ اَخْذِ تَکَالِیفِ الذَّهَابِ وَ الْاِیابِ وَ تَهْیئَةِ الْمُقَدَّمَاتِ،وَ اَمَّا اَخْذُ الرَّاتِبِ مِنَ الدُّولَةِ فَیخْتَلِفُ حُکْمُهُ بِاخْتِلَافِ الْمَوَارِدِ وَ الْحَالَاتِ وَ الْاَشْخَاصِ وَ الدُّوَلِ. وَاللهُ الْعَالِمُ

[2] رَاجِعُوا فِی اَمْثَالِ هٰذِهِ الْمَسَائِلِ اِلَى کِبَارِ عُلَمَاءِ الْبَلَدِ فَاِنَّ الشَّاهِدَ یَرَى مَا لَا یَرَى الْغَائِبُ

[3] اِنْ کَانَ قَبْضُ الرَّوَاتِبِ مِنَ الدُّولَةِ یجْعَلُ الْحَوْزَوِیَّ مُوَظَّفاً عِنْدَهَا کَمَا هُوَ الْمَعْرُوفُ فِی بَعْضِ الْبِلَادِ فَهُوَ غَیرُ جَائِزٍ وَ لَمْ تَکُنِ الدُّولَةُ مُؤَسَّسَةً عَلَی النِّظَامِ الْاِسْلَامِی

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.