Please Wait
Baxanların
6762
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa20013 Arxiv kodu 21490
Dəstə Əməli əxlaq
Sualın xülasəsi
Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
Sual
Aşura ziyarətində oxuduğumuz “اللهم لک الحمد حمد الشاکرین على مصابهم” “Allahummə ləkəlhəmdu həmdəşşəkirinə əla musabihum”un dəqiq mənası nədir? Niyə biz Allaha bu faciəli müsibətə görə şükr edirik, bu səcdənin mənası nədir? Əgər Aşura ziyarətnaməsinin səcdəsinin cümlələrini irfan və hikməti mütəaliyə mənbələri cəhətdən şərh edib bu mövzu üçün istifadə etsəniz, və daha çox əhl- beyt hədisləri ilə birgə izah versəniz, mən daha intensiv istifadə edərəm.
Qısa cavab

Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, istərsə də pis hadisələr müqabilində təslim olur. onları kamala çatmaq və Allaha gedən yol hesab edirlər.

İmam Hüseyn (ə) Tasua gününün əsri öz səhabələri ilə birgə rahatlıq və narahatlıqlar üçün həmd eləyir: “احمده على السرّاء والضرّاء”[2] Allaha münasib və yaxşı vəziyyətlərdə və ya narahat vəziyyətlərdə olduqda belə həmd edirəm. Həzrətin yaranları həzrətə kömək eləmək və onunla birgə şəhadətə çatmaq nəsibləri olduğu üçün həmd və sitayiş etdilər. “الحمد للّه الذی أکرمنا بنصرک وشرّفنا بالقتل معک”[3] Bizə sənə kömək eləməyi bizə sənin kənarında şəhadətə çatmağı nəsib eləyən Allaha həmd və səna olsun.

Qanlı Kərbəla hadisəsi bir tərəfdən dərdli bir faciə olsa da digər tərəfdən müsəlmanlar və islam üçün böyük bir nemət idi. O həzrət və dostlarının qanı bahasına islam əyri yoldan xilas oldu. Bəni- Üməyya, ali Əbu sufyan, xüsusilə Yezid tərəfindən dəyişdirilən islamda yezid və yezidçilər öz istədiklərini islam adı ilə camaata və cəmiyyətə təlqin etmək istəyirdilər. İmam Hüseynin (ə) Şəhadəti bunun qarşısını aldı. Bu da şükrə layiqdir.

Buna görə də bizim nəzərimizə görə müsibət Allah tərəfindən bizə çatan bir nemətdir. Kərbəla qiyamı buna görə müsəlmanlar üçün nemət və Allahın lütfüdür. Həyat yolunda, haqqı müdafiə eləmək və düşmənlə mübarizə aparmaq üçün ən gözəl nümunədir. Bu nöqteyi- nəzərdən bu nemətə şükr eləməyin yeridir.

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Bax: Kuleyni, Kafi, cild 2, səh. 94, babul şokr, Darul kitabul islamiyyə, Tehran, 1345 ş.

[2] - Muqərrim, Əbdul Rizaq, Məqtəl Hüseyn ə., səh. 212, Müəssiseyi Xorasan lilmətbuat, Beyrut, 1426.

[3] - Həmin mənbə, səh. 215

Ətreaflı cavab

Bu sualın ətraflı cavabı yoxdur.