Please Wait
Baxanların
6601
İnternetə qoyma tarixi: 2012/02/07
Saytın kodu fa20036 Arxiv kodu 21487
Dəstə Qədim kəlam
Sualın xülasəsi
Eşitmişəm ki, İran və İraq müharibələrində şəhidlərdən bəzilərinin cənazəsi dağılıb aradan getməyib. Bunlar mötəbər və qəbul olunandır?
Sual
Eşitmişəm ki, İran və İraq müharibələrində şəhidlərdən bəzilərinin cənazəsi dağılıb- aradan getməyib. Bunlar mötəbər və qəbul olunandırmı?
Qısa cavab

Canlıların cisimləri elə qurulmuşdur ki, ruhları bədənlərindən çıxdıqdan sonra bədən təbii olaraq çürməyə başlayır və aradan gedir. Şübhəsiz ki, illər keçdikdən sonra cisimlərdən bəzilərinin olduğu kimi qalması ağlasığmazdır. Ancaq Allah hər bir şeyə qadir olduğundan bu şeyi ağlasığmaz hesab eləmək olmaz.[1] Bu ümumi qanunauyğunluq bəzi hallarda istisna təşkil edir. Bəzi işlər Allahın izni ilə cisimlərin çürüməsinin qarşısını ala bilər. Belə ki, mumiya bədənin sağlam qalmasına səbəb olur. Bu məsələ min illərdir ki, təcrbə ilə isbat olunub. Allahın iradəsi haqq məsələni isbat etmək üçün olsa ölən şəxsin bədəninin çürüməsinin qarşısını uzun illər boyu ala bilər, cismini sağlam saxlaya bilər. Onu yenidən dirildib ona ruh üfürə bilər. Qurani- kərimdə Üzeyr peyğəmbərin (ə) dastanında olduğu kimi.[2]

Rəvayətlərdə gəlmişdir ki, Cümə qüsulu alan adamın qəbirdə bədəni çürümür.[3] Bu bir çox hallarda baş vermişdir. Bir çox mənbələrdə nəql olunmuşdur ki, filan mömin qəbiri sındıqdan sonra görmüşlər ki, bədəni həminki kimi sağlamdır.

Buna görə də hər hansı bir şəxsin maddi cisminin aradan getməsi təbidir. Şəhidlərin bir çoxlarının da bədəni aradan gedir. Şəhidin bədəni illər keçdikdən sonra torpağın altında sağlam qalırsa bu inanılmaz deyil. Bizim yuxarıda qeyd elədiyimiz səbəbdən ola bilər.

Bu sualın müfəssəl cavabı yoxdur.

 



[1] - Ali- İmran 64, Təhrim,8.

[2] - Bəqərə surəsi, ayə 259. Uçulmuş bir kəndin yanından keçən kimsənin- Üzeyrin- əhvalatını bilirsən? O kimsə “ Əcəba Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” demişdir.Belə olanda Allah onu 100 il ölü halında saxladı, sonra dirildərək ondan: “ nə qədər yatmısan?” – deyə soruşdu. O da “ Bir gün, bəlkə bir gündən daha az”- deyə cavab verdi. Allah ona: “ Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərinə bax, gör necə onları bir- biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?” – deyə buyurdu.

[3] - Cümə qüsulu və bədənin qəbirdə çürüməməsi, 4156 (sayt: 4583)

Ətreaflı cavab

Bu sualın müfəssəl cavabı yoxdur.