Please Wait
Baxanların
8588
İnternetə qoyma tarixi: 2012/04/09
Saytın kodu fa20310 Arxiv kodu 23351
Dəstə Təfsir
tags “Bismillah”|surə|“Həmd”|ayələr
Sualın xülasəsi
“Bismillahir-Rəhmanir-Rəhim”in Quran surə və ayələrinin bir hissəsi olması barəsində müfəssirlərin müxtəlif nəzəriyyələri nədir?
Sual
“Bismillahir-Rəhmanir-Rəhim”in Quranın surə və ayələrinin bir hissəsi olması barəsində müfəssirlərin müxtəlif nəzəriyyələrini bəyan edin.
Qısa cavab

“Bismillahir-Rəhmanir-Rəhim”in Quranın surə və ayələrinin hissəsi olub-olmaması ilə əlaqədar müsəlman alimləri arasında fikir ayılığı vardır. İmamiyyə[1] və  şafei alimləri,[2] Məkkə və Kufə qariləri və onların fəqihləri[3] “Həmd” və sair surələrdə “Bismillah”ı surənin bir hissəsi hesab edirlər. Amma Mədinə, Bəsrə və Şam qarilərinin, bu şəhərlərin fəqihlərinin, həmçinin Əbu Hənifə və onun tabeçilərinin[4] nəzərinə əsasən, istər “Həmd”, istərsə də sair surələrdə “Bismillah” Quranın bir hissəsi deyildir.

 


[1] Babai, Əhməd Əli, “Təfsiri-nümunə”nin müntəxəbatı, 1-ci cild, səh. 27-28, 13-cü çap, "Darul-kutubil-islamiyyə", Tehran,  1382-ci şəmsi il; Bəlaği Nəcəfi, Məhəmməd Cavad, “Alaur-Rəhman fi təfsiril-Quran”, 1-ci cild, səh. 50-51, “Besət”, qurumu, Qum, 1-ci çap, 1420-ci qəməri il

[2] “Alaur-Rəhman fi təfsiril-Quran”, 1-ci cild, səh. 50

[3] Zəməxşəri, Mahmud, “Əl-kəşşafu ən həqaiqi ğəvamizit-Tənzil”, 1-ci cild, səh. 1, “Darul-kitabil-ərəbi”, Beyrut, 1407-ci qəməri il

[4] “Əl-kəşşaf”, 1-ci cild, səh. 1; “Cəvamiul-came” təfsirinin tərcüməsi, Vaizzadə Xorasaninin müqəddiməsi ilə: 1-ci cild, səh. 3, “Astani qüdsi Rəzəvi”nin islami tədqiqat qurumu, Məşhəd, 2-ci çap, 1377-ci şəmsi il