Please Wait
Baxanların
6642
İnternetə qoyma tarixi: 2013/11/17
Saytın kodu fa38777 Arxiv kodu 71151
Dəstə Qiyam,Namazın müstəhəbləri
tags Namaz|məkruh|Müstəhəbb|Qiyam (ayaq üstə qalma)|oxunuş (qiraət)
Sualın xülasəsi
Namazda qiyam halında, hansı əməllər müstəhəbb və məkruhdur?
Sual
Namazda qiyam halında, hansı əməllər müstəhəbb və məkruhdur?
Qısa cavab
A: Namaz qiyamı halında müstəhəbi əməllər:
  1. Xüzu və xüşü ilə dayanmaq, zəlil qulun öz ağası qarşısında dayandığı kimi.
  2. Qiyam halında (ayaq üstündə olarkən) səcdə yerinə baxmaq.
  3. İki əli iki budunun üzərinə qoymaq. Dizlərin üzərində olmaq şərti ilə.
  4. Ayaqların arasında fasilə saxlasın. Bu fasilə ya üç barmaq ya da bir qarış olsun.
  5. Ayaqları bir- birinin kənarında qoymaq. Yəni ayaqların biri qabağı digəri arxaya olmasın.
  6. Ayaq barmaqların qiblə səmtində olması. Belə ki, onların hər biri qiblə istiqamətində olsun.
  7. Əl barmaqlarını bir- birinə yapışdırmaq.
  8. Qadınlar barədə bu var ki, əllərini sinələrinə qoysunlar. Elə şəkildə olsun ki, döşləri sinələrinə yapışsın. Həmçinin qadınlar ayaqlarını bir- birinə çütləşdirsinlər və ayaqlarını bir- birindən fasiləli saxlamasınlar.[1]
B: Namaz qiyamı halında məkruh əməllər:
  1. Təkəbbürlü insanlar kimi əlini belinə qoymaq.
  2. Təvərrük etmək. Yəni öz ağırlığını bəzən sağ ayağına və bəzən sol ayağına salmaq.
  3. Qunutdan sonra hər iki əlin içini üzə çəkmək.[2]
 

[1] - Baxın: Nəraqi, Molla Məhəmməd Məhdi, Töhfeyi Rəzəviyyə, səh 360, İslam təbliğatı ofisinin nəşriyyatı, Qum, ilk çap, 1426 Hicri qəməri tarixi ilə.
[2] - Amoli, Bəhauddin, Muhəmməd bin Hüseyn və Savəci, Nəzzam bin Hüseyn, Camiul- abbas və onun təkmilləşmiş forması, səh 136, İslam təbliğatı ofisinin nəşriyyatı, Qum, ilk çap, 1429 Hicri qəməri tarixi ilə.