Saytın kodu
fa39459
Arxiv kodu
73855
Dəstə
Hədis ,عزاداری و زیارت
Sualın xülasəsi
Hansı aylarda və günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinin daha çox savabı var?
Sual

Qısa cavab
Dini mənbələrdə Məsum İmamların (əleyhimussalam) xüsusilə də, İmam Hüseynini (əleyhissalam) ziyarətinə çox təkid olunub. Üzürsüz olaraq, bu ziyarətləri tərk edən insanlar rəvayətlərdə daha çox məzəmmət olunub.
İmam Hüseynin (əleyhissalam) ziyarəti ilin bütün günündə, hansı gündə olarsa, böyük savabı vardır. İmam Sadiq (əleyhissalam) buyurur: "Yaxşı olar ki, imkanı olan ildə iki dəfə, imkanı az olan isə ən azı ildə bir dəfə İmam Hüseyninin (əleyhissalam) ziyarətinə getsin."[1] İmam Kazim (əleyhissalam) buyurur: "İmam Hüseyn (əleyhissalam) haqqında cəfa etməyin! (yəni,ziyarətini tərk etməyin) Sərvəti və imkanı olan şəxs, hər dörd ayda bir dəfə amma, imkanı olmayanın qüdrəti çərçivəsindən başqa heç bir təklifi yoxdur. Allah-Taala qüdrəti olmayandan təklif istəmir."[2]
Amma, fəzilət cəhətdən, bəzi günlərdə İmam Hüseynin (əleyhissalam) ziyarətinə daha çox təkid olunub. Onlardan bəzilərini qeyd edirik;
1.Cümə axşamı; Səffan Cəmmal rəvayət nəql edir: İmam Sadiq (əleyhissalam) Hərrəyə (Kufədə bir məntəqədir) gəldikdə mənə buyurdu: "İmam Hüseynin (əleyhissalam) qəbrini ziyarət etmək istəyirsənmi? " Dedim: Qurban olum Ağa! O Həzrətin qəbrini ziyaət edirsiz? Həzrət buyurdu: "Necə Onu ziyarət etməyim ki, hər cümə gecəsi Allah-Taalanın əmri ilə mələklər, peyğəmbərlər və mövliyaların ruhları yer üzünə enir və O Həzrəti ziyarət edirlər. Əlbəttə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və Biz övsiyaların ən üstünüyük."[3]
2. Ərəfə günü: İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kəs, haqqını tanıyıb və Ona mərifəti olduğu halda, Ərəfə günü İmam Hüseynin (əleyhissalam) pak qəbrinin ziyarətinə getsə, Allah-Taala ona min qəbul olmuş Həcc və Ümrənin, İslam Peyğəmbərinin (əleyhissalam) və ya adil imamın yanında Allah yolunda olan min cihadın savabını verər. "[4]
3.Rəcər ayı və şaban ayı; Əhməd ibn Məhəmməd, ibn Əbi Nəsr Bəzənti nəql edir: İmam Rzadan (əleyhissalam) soruşdum: İmam Hüseyni (əleyhissalam) hansı ayda ziyarət edim? O Həzrət buyurdu: "Rəcəb ayının ortasında və şəban ayının ortasında."[5]
4.Aşura günü və Ərbəin günü; Cabir Cofi nəql edir: Aşura günü İmam Sadiqin (əleyhissalam) xidmətinə yetişdim. O Həzrət mənə buyurdu: "Bu dəstə (Əbə Əbdullahın (əleyhissalam) zəvvarlarını göstərir) Allahın zəvvarları idi və ona (İmama) vacibdir ki, zəvvarlara xidmət etsin. Hər kəs Aşura gününün gecəsi İmam Hüseynin (əleyhissalam) pak qəbrinin yanında olsa, Qiyamət günü Allah dərgahına öz qanına bələşmiş halda gedər. Yəni, sanki, Kərbəla torpağında İmam Hüseynin (əleyhissalam) yanında şahid olubmuş. Hər kəs, Aşura günü İmam Hüseynin (əleyhissalam) pak qəbrini ziyarət etsə və O Həzrətin qəbrinin baş tərəfində olsa, Qiyamət günü o halda gələr ki, sanki İmamın (əleyhissalam) gözü önündə Allah yolunda şəhid olub."[6]
Rəvayətlərdən birində, İmam Həsən Əsgəri (əleyhissalam) möminin nişanələrindən birini, İmam Hüseynin (əleyhissalam) pak qəbrinin ziyarət etməsi kimi qeyd edir.[7]

[1] İbn Quluvey, Cəfər ibn Məhəmməd, Kamiluz-Ziyarat, təhqiq və düzəliş verən Əmini, Əbdül-Hüseyn, səh.294; Darul-Mürtəzəviyyə nəşriyyatı, Nəcəf Əşrəf, birinci çap, 1356 h. qəməri
[2] Həmən mənbə;
[3] İbn Quluveyyə, Cəfər ibn Məhəmməd, Kamiluz-Ziyarat, təhqiq və düzəliş verən Əmini, Əbdül-Hüseyn, səh.113; Darul-Mürtəzəviyyə nəşriyyatı, Nəcəf Əşrəf, birinci çap, 1356 h. qəməri
[4] Həmən mənbə; səh.164
[5] Һәмән мәнбә; сәһ. 182
[6] Həmən mənbə; səh.173
[7] Şeyx Mufid, Məhəmməd ibn Neman, Kitabul-Məzar, təhqiq və düzəliş verən Əbtəhi, Seyyid Məhəmməd Baqir, səh.53; Şeyx Mufidin dünya beynəlxaq yübileyi, Qum, birini çap, 1413 h. Qəməri