Please Wait
Baxanların
7497
İnternetə qoyma tarixi: 2011/05/17
Saytın kodu fa566 Arxiv kodu 14048
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Şərab və ya donuz əti verilən restoranlarda, yaxud İsrailə kömək edən müəssisələrdə işlənmək haramdırmı?
Sual
Aşağıdakı yerlərdə işləmək haramdırmı: 1. İnsanın müsəlmanlara və qeyri-müsəlmanlara şərab və ya donuz əti ilə xidmət etməli olduğu yerlərdə (restoranlarda); 2. İsraili himayə edən (İsrailə pul göndərən) şirkətlərdə?
Qısa cavab

İslam inqilabının rəhbəri “Donuz əti konservləşdirmə zavodlarında işləmək, eləcə də gecə kabaralarında və ya fəsad mərkəzlərində işləmək caizdirmi və ondan əldə olunan qazancın hökmü nədir?” sualına cavabda buyurur: “Haram işlərdə işləmək, o cümlədən şərab və donuz əti satmaq, gecə kabarları icad edib oradan qazanc əldə etmək (fırlatmaq), fəsad, fahişəlik, qumar, şərab xorluq və s. mərkəzlərdə işləmək caiz deyildir və bu kimi yollarla əldə olunan qazanc haramdır, insan onun müqabilində aldığı əmək haqqının (şərən) maliki olmur.”[1]

İkinci sualın cavabında da, imam Xomeyniyə verilən sual və onun cavabı belədir:

Sual: İsrailə kömək olduğunu bildikdə müsəlmanların kəlimilərin (yəhudilərin) müəssisələrində işə götürülməsi caizdirmi? Əgər İsrailə kömək olduğunu bilməsə, gündəlik işəmuzd üçün işə girmək necə?

Cavab: Belə işə götürülmə caiz deyildir. Bunlardan alınan əmək haqqı haramdır, şəkk olunan hallarda da gərək bu müəssisələr daxil olmasınlar.[2]


[1] “Tovzihul-məsail”, (İmam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 956; “Əcvibətul-istiftaat”, farsca, səh. 293, sual 1088; səh. 242, sual 1095; səh. 243, sual 1096

[2] “Tovzihul-məsail”, (İmam Xomeyninin risaləsinin haşiyəsi), 2-ci cild, səh. 813

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.