Please Wait
Baxanların
10660
İnternetə qoyma tarixi: 2011/05/05
Saytın kodu fa648 Arxiv kodu 13789
Dəstə Fiqh ,Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Əgər bir müddət qiblə göstərənə arxayın olaraq bir səmtə namaz qələb və sonradan qiblənin səmtini səhv seçməsini bilsə, nə etməlidir?
Sual
Bir müddət bir anbarda namaz qılırdım ki, qiblənin səmtini kompasla tapırdım. Sonralar anladım ki, kompasın qarşısında dəmir bir sütunun olmasına görə, qiblənin səmtini səhv təyin edirdim. İndi səhv səmtə qıldığım bütün naçazları yenidən qılmalıyammı?
Qısa cavab

Təqlid mərcələrinin fətvasına əsasən, məmuli qiblə göstərənlər xarab olmayan zaman, qibləni tanımaq üçün yaxşı alətlərdəndir və ondan ələ gələn güman digər yollardan az deyil, hətta çox vaxt daha dəqiqdir.[1]

Həzrət Ayətullah Xaminei də, qiblə göstərənlə qibləni müəyyənləşdirmək barəsində buyurubdur: Çubuğa (namazın vaxtını təyin etmək üçün) ya qiblə göstərənə arxayınlaşmaq, insan üçün inam yaranan halda, doğrudur və ona uyğun əməl olunmalıdır.[2]

İndiki kompasa inanmaq olar və insan üçün güman yaradır, əgər insan yəqin ya güman üzündən bir səmtə namaz qılsa, və sonra səhv etdiyini və qiblənin digər bir səmtə olduğunu anlasa, iki haldan xaric deyil.

1.             Əgər qiblədən yayınma, sağ və sol tərəflər arasında olarsa, qıldığı namazlar doğrudur. Baxmayaraq ki, namazın vaxtı qalsa da. Hətta əgər namazın əsnasında belə bir səhvin olmasını anlasa, namazın qalanını üzü qibləyə dayansın və namazın ardını qılsın. Təzədən qılmağa ehtiyac yoxdur.

2.             Əgər qiblədən yayınma sağ və sol tərəf arasından keçsə və namazın vaxtı qalıbsa təzədən qılmalıdır. Amma əgər namazın vaxtı keçibsə təkrar qımağa ehtiyac yoxdur və qıldığı namazlar doğrudur. Hətta qıldığı namazlar arxası qibləyə də olsa. Amma ehtiyati- müstəhəb odur ki, namazları qəza etsin.[3]

Buna əsasən, qibləni qiblə göstərən vasitəsi ilə müəyyən etməyin doğru olması ilə, əgər namazın vaxtı keçəndən sonra inandığı və onun əsasında namaz qıldığı qiblə göstərənin iradı olduğunu və qiblə səmtini göstərmədiyini anlasa, qıldığı namazları qəza etməsi lazım deyil.



[1] - Tozihul- məsail, (əl- məhşi lil- imamil- Xumeyni), cild 1, səh 433, məsələ 782.

[2] - Əcvibətul- istiftaat, (farsca) səh 74.

[3] - Vəsilətun- nəcat, (məə- həvaşil- imamul- Xumeyni), məsələ 4, səh 129.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.