Ağlamaq başqa şeylər kimi İlahinin insana verdiyi nemətlərdəndir. İmam (ə) buyurur:
«بکاء العیون و خشیة القلوب من رحمة الله تعالی...»
“Gözlərin ağlamağı və qəlblərin qorxması İlahinin rəhmətinin nəticsidir.”[1] Belə ki, dini təlimlərdən analşılır ki, ağlıamağın bir çox təsir və bərəkətləri vardır. İmamlar (ə) da özlərinin ən yaxşı vəziyyətlərində istər namaz, istərsə də gecə vaxtı istərsə də Allaha dua zamanı ağlamaqla bu fürsətlərdən istifadə etmişlər.
İmam Musa bin Cəfər (ə) barəsində qeyd edilir ki, o həmişə Allahın qorxusundan saqqalı islanana qədər ağlayarmış.[2]
İmamların ağlamaqlarının səbəbləri
İmamların istər namaz istərsə də digər vaxtlarda çox ağlamaqlarının müxtəlif səbəbləri vardır ki, onların bəzisinə qısa şəkildə işarə vururuq:
1. Allah təalaya yaxınlaşmaq: İmamların (ə) ağlamaqlarınınsəbəblərindən biri də Allaha yaxınlaşmaq olmuşdur. İmam Rzadan (ə) rəvayət olunur:
«کان فیما ناجی الله به موسی علیه السلام انه ما تقرب الی المتقربون بمثل البکاء من خشیتی»
“Allahın Musaya (ə) müraciətində belə buyurulur: Mənə doğru yaxınlaşmağa yol axtaranlar mənim qorxumdan ağlamaqdan savayı Mənə yaxınlaşa bilməzlər.”[3]
2. Ümmət üşün rəhmət istəmək: İmam Əli (ə) bu barədə belə buyurur:
«و لو ان عبداً بکی فی امةٍ لرحم الله تعالی ذکره تلک الامة لبکاء ذلک العبد»
“Əgər bir bəndə ümmətin içərisində ağlayarsa, Allah təala bu ağlayan bir nəfərə görə onların hamısınıa rəhm edir.”[4] Həçinin imam Sadiq (ə) belə buyurur: “Əgər camaat içərisində bir nəfər ağlayarsa, onların hamısına rəhm olunar.”[5]
3. Allahın məhəbbətini cəlb etmək: İmam Baqir (ə) buyurur: Heç bir damcı Allahın yanında gecənin qaranlığında Allah qorxusundan tökülən yaş qədər sevimli ola bilməz.[6]
4. Qəlbin nuraniləşməsi: İmam Əli (ə) buyurur:
«البکاء من خشیة الله ینیر القلب ...»
“Allahın qorxusundan ağlamaq qəlbi nurlandırır....”[7]
Namaz vaxtı ağlamaq
Rəvayıtlərdə qeyd olunmuşdur ki, Allah təala həzrət İsa (ə) buyurmuşdur:
«یا عیسی! ابک علی نفسک فی الصلاة»
“Ey İsa! Namaz vaxtı nəfsinə ağla.”[8] Ravi deyir: İmam Sadiqdən (ə) namazda ağlamaq barəsində soruşdum ki, namazda ağlamaq namazı batil edirmi? Buyurdu: Əgər ağlamaq cənnət və cəhənnəm üçün olarsa namazda ən gözəl əməllərdəndir.[9]
Deməli namaz və Allaha müraciət zamanı ən gözəl əməl alamaqdır ki, bütün İlahi övliyalar buna əməl etnişlər.
Daha çox məlumat almaq üçün:
Ağlamağın növləri və təsirləri və faydaları haqqında “hoze net” saytında “ağlamağın mədəniyyəti” məqaləsinə müraciət edə bilərsiniz.
[1] - Məclisi, Bəharul ənvar, cild 90, səh 336, Əl vəfa müəssəsi, Beyrut, 1404 h.q.
[2] - Bəharul ənvar, cild 90, səh 336.
[3] - Bəharul ənvar, cild 13, səh 349.
[4] - Bəharul ənvar, cild 90, səh 336.
[5] - Hürr Amili, vəsailul şiə, cild 11, səh 178.
[6] - Kuleyni, kafi, cild 2, səh 482, darul kitabil İslamiyyə, Tehran, 1365 h.ş.
«ما من قطرة احب الی الله عز و جل من قطرة دموع فی سواد اللیل مخافة من الله لایراد بها غیره»
[7] - Amədi təmimi, Əbdulvahid, Qururul hökm, cild 2, səh 192. İslam təbliğatı ofisi, Qum, 1366 h.ş.
[8] - Bəharul ənvar, cild 14, səh 290.
[9] - Vəsailul şiə, cild 4, səh 1251.