Please Wait
Baxanların
9547
İnternetə qoyma tarixi: 2011/05/05
Saytın kodu fa694 Arxiv kodu 13861
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
İmamlara nisbət verilən şəkillərin şərii hökmü nədir?
Sual
İmamlara (ə) nisbət verilən şəkilər çap və yayılır. Onları əzadarlıq Hüseyniyyə və heyətlərində divara vurmaqlığın hökmü nədir?
Qısa cavab

Aşağıda təqlid mərcələrinin cavabı belə gəlibdir:

Həzrət Ayətullahul- üzma Xamineyi:

Bu işin öz- özlüyündə şərii cəhətdən iradı yoxdur. Bu şərtlə ki, ürfdə hörmətsizlik sayılan və İmamların şəni ilə ziddiyyətçiliyi olmayan işlərlə olmasın.[1]

Həzrət Ayətullahul- üzma Safi Gülpayqani:

Ümumiyyətlə onları divara vurmamaq, o həzrətlərin şəninə daha uyğundur.

Həzrət Ayətullahul- üzma Fazil Lənkərani:

İradı yoxdur, hərçənd onları məsumlara nisbət verməyin heç bir etibarı yoxdur.

Həzrət Ayətullahul- üzma Bəhcət:

İradsız deyil.

Həzrət Ayətullahul- üzma Məkarim Şirazi:

Bu şəkillərin əsası yoxdur. Amma o həzrətlərə nisbət verildiyinə görə, hörmətzislik olunmamalıdır.

Həzrət Ayətullahul- üzma Sistani:

Əgər hörmətsizliklə birgə olmasa, iradı yoxdur.

Həzrət Ayətullahul- üzma Təbrizi:

Əgər məqsəd budur ki, o həzrətin yadı olarsa, iradı yoxdur. Amma əgər bu şəkillərin İmamların həqiqi şəkilləri olmasını qəbul etsə, bu doğru əqidə deyil.[2]



[1] - Əcvibətül- istiftaat, cild 2, səh 38.

[2] - Yeni məsələlər kitabı, cild 4, səh 105- 106.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.