Please Wait
Baxanların
6998
İnternetə qoyma tarixi: 2011/05/05
Saytın kodu fa698 Arxiv kodu 13862
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
Sual
Əgər bir bəfər öz arvadı ilə yaxınlıq edə və günəş çıxmamışdan qabaq qüsl edə bilməsə, sübh namazı üçün vəzifəsi nədir?
Qısa cavab

Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz.

İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və namazın qüsl edə bilməsə, vəzifəsi təyəmmüm etməkdir. Namaz qəza olmamışdan qabaq təyəmmüm etməli və onunla namaz qılmalıdır.

Amma bu məsələ qalır ki, əgər bir nəfər yaxınlıq etməmişdən qabaq, günəş çıxana qədər qüsl ola bilməyəcəyini bilsə, öz arvadı ilə yaxınlıq edə bilərmi?

Mərcəi təqlidlər bu barədə deyiblər: Belə bir işi görməyin heç bir şərii iradı yoxdur. Belə bir şəxsin vəzifəsi də təyəmmüm etməkdir.

Buna əsasən: bu şəxs cənabət qüslünün əvəzinə, qüsl əvəzinə olan təyəmmüm edir və bu təyəmmümlə də namazını qılır.[1]



[1] - Hüseyni, Seyid Müctəba, Təqlid mərcələrinin on nəfərinin nəzərinə uyğun tələbələr üçün olan hökümlər, səh 80, məsələ 77.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.