Please Wait
Baxanların
7625
İnternetə qoyma tarixi: 2011/05/30
Saytın kodu fa708 Arxiv kodu 13814
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Əhdə əməl etməməyin kəffarəsi nədir?
Sual
Əgər Allahla əhd edək ki, filan işi daha etməyəcəyəm, amma o işi etsək, hökmü nədir?
Qısa cavab

Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir qul azad etnəlidir.[3]



[1] - Məsələn tərcih verilən (yəni onu etmək, etməməkdən daha yaxşıdır) bir iş üçün əhd edir və onun lazımi siğəsi var. (Xüsusi cümlələrlə deməlidir), yəni desin: "Allahla filan yaxşı işi görmək üçün əhd etdim". Amma əgər siğəni deməsə, yaxud o iş şəri cəhətdən bəyənilən olmasa, onun əhdi doğru deyil. Baxın: Mərcələrin izahlı şəriət hökümləri, cild 2, səh 622, məsələ 2667 və 2668.

[2] - Bu günlərin otuz bir günü bir- birinin ardınca olmalıdır, qalan günləri isə, yəni 29 günü fasilələrlə tuta bilər.

[3] - Mərcələrin izahlı şəriət hökümləri, cild 2, səh 622, məsələ 2669.