İstihalə (dəyişilmə) pak edicilərdən biridir. Onun mənası budur ki, nəcis şeyin cinsi elə dəyişilsin ki, pak şey formasına düşsün. Məsələn, nəcis çubuq yana və kül ola ya it düzluqda bata və duza çevrilə. Amma əgər onun cinsi əvəz olmasa, nəcis buğdanı un edib ya çörək bişirmək kimi, pak olmaz."[1]
Təqlid mərcələrinin bəzisinin dili ilə desək, əgər nəcis şey elə dəyişilə ki, o ad (qabaqkı ad) ondan götürülə və digər bir ad ona deyilsə, pak olur və deyirlər, "istihalə" olubdur. Məsələn, it duzluqda bata və duza çevrilə. Həmçinin nəcis olan şey ümumiyyətlə dəyişilə, məsələn nəcis çubuğu yandıralar və kül edələr ya nəcis su buxara çevrilə. Amma əgər onun sənayesi dəyişilsə, nəcis buğdanı una çevirmək kimi, pak olmaz.[2]
Başqa sözlə, əgər biskivit ya digər yeməli olan hər bir maddənin daxilindəki nəcis maddələr, bişirmək ya istehsal nəticəsində kimyəvi dəyişiklik baş versə, istihalə sayılır və pakdır.
Hər halda, əhər insan bəzi yerlərdə şəkk edə ki, istihalə baş verib ya yox, nəcisliyə hökm olur. Yəni dəyişilməsinin baş verib ya verməməsi məlum olmayan nəcis şey, nəcisdir.[3]