Please Wait
Baxanların
6538
İnternetə qoyma tarixi: 2011/12/25
Saytın kodu fa7358 Arxiv kodu 20056
Dəstə تاريخ بزرگان
Sualın xülasəsi
İmam Hüseynin (ə) başının boyunundan kəsilməsi məsələsinin sənədi etibarlıdırmı?
Sual
Nəql edilir ki, İmam Hüseynnin (ə) başı arxadan, boyun hissədən lənədli qılıncla kəsilmişdir. Bunun sənədi varmı? Əgər sənədi vardırsa, hansı kitablarda qeyd edilmişdir?
Qısa cavab

Bir neçə yerdə bu məsələyə işarə edilmişdir:

1. Həzrət Zeynəbin (s.a) sözlərində qeyd edilir:

«... یا محمداه بناتک سبایا و ذریتک مقتلة تسفی علیهم ریح الصبا و هذا حسین مجزوز الرأس من القفا ...»

“Ey Muhəmməd! Indi qızların əsir götürülmüş, övladların öldürülmüş, onların bədənlərinin üzərindən səhər yelləri əsir və o Hüseyndir ki, onun başını boyunundan kəsərək bədənindən ayırdılar...”[1]

2. İmam Səccadın (ə) xütbəsində buna işarə edilmişdir:

«... أَنَا ابْنُ الْمَجْزُوزِ الرَّأْسِ مِنَ الْقَفَا...»

“Mən başı boynundan kəsilərək ayrılanın oğluyam...”[2]

3. Həzrət Mehdinin (ə) ziyarətində belə buyururlur:

«...ِ السَّلَامُ عَلَى الْمَنْحُورِ فِی الْوَرَى‏...»

“Salam olsun arxadan başı kəsilən kəsə...”[3]



[1] - Məclisi, Muhəmməd Baqir bəharul ənvar, cild 45, səh 59, darul vəfa nəşriyyatı, Beyrut h.q 1404, 110 cildli. Seyid bin Tavus, Əlləhuf, səh 131, cahan nəşriyyatı, Tehran, h. Günəş ili 1348. Mazandarani, İbn Şəhr Aşub, Əlmunaqib, cild 4, səh 113, Əllamə nəşriyyatı, Qum, h.q 1379, dörd cildli.

[2] - Bəharul ənvar, cild 45, səh 175.

[3] - Bəharul ənvar, cild 98, səh 318, hədis 8.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.