Giriş
Bu sualın cavabında onu qeyd etmək lazımdır ki, sizin Al- İmran surəsinin 14- ci ayəsindən başa düşdüyünüz məna səhvdir. Əgər bu ayəyə diqqət etsəniz sizin bəyan etdiyiniz mənadan savayı hər bir məna başa düşülür. Bu ayədə belə buyururlur: “Qadınlar, uşaqlar, qızıl- gümüş yığınları, yaxşı cins atlar, mal- qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. “[1]
Bu ayə insanların həyatında olan yaradılış və təbii işlərə işarə vurur. Qadınları, övladları və həyat üçün zəruri olan şeyləri sevmək hər kəsdə mövcuddur. Ayə özü məzəmmət edilmiş işin özünü bəyan etmir, yalnız bir başa insanın dünyəvi istəklərini qeyd edir. Təfsirlərə[2] əsasən qadın, övlad mal- dövlət eşqini insana verən Allahdır ki, bunun vasitəsilə insan kamilləşir və tərbiyə olunur və insniyyət məqamına çatır. Sonda dünyəvi nemətləri sayaraq bildirir ki, bunlara ürək bağlamayın və Allah yolunda cihad edin.
Quran yuxarıda qeyd edilən ayə barəsində çaox zərif nöqtələrə toxunur. Qadınları sevməyin yanında öğlan övladlarını da sevməyi xatırladır. Buna görə sizin iradınız kişilər üçün də düzgün olmalıdır!! Bir neçə adın bir- birlərinin yanında gəlməyi onların eyni dərəcədə olması demək deyil. Əgər bir kəs “Mən atam, anam və maşınla səfərə çıxdım” deyərsə, bu o mənada deyil ki, ata, ana hətta maşın eyni dərəcədədirlər!
Ayənin təfsiri
Qurtan ayələrinin təfsirinin metodlarından biri də ayədən öncəki və sonrakı ayələri diqqətlə mütaliə etməkdir ki, daha düzgün və mükəmməl təfsir əldə etmək mümkün olsun. Qeyd edilmiş bu ayə də belə ayələrdəndir. Bu ayədən öncəki ayədə öz həyat hədəflərini mal- sərvət və övlad hesab edən kafirlərdən bəhs edir. Bu da onların qürur və təkəbbürünə səbəb olur və belə hsab edirlər ki, bunlara sahib olmaqla əbədiləşir və Allaha ehtiyacları qalmır. Bu ayə həqiqətdə keçmiş bəhsi təkmilləşdirir. “Ey kafirlər dünyəvi bər- bəzəklərə, qadın, övlad, qızıl, gümüşə və s bağlanmayın və Allaha ibadət və itaət olan əsl hədəfinizdən qafil olmayın.
Əllamə Təbatəbai “Əl- mizan” təfsir kitabında belə buyurur:
«إِنَّ الَّذينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوالُهُمْ وَ لا أَوْلادُهُمْ مِنَ اللَّهِ شَيْئاً وَ أُولئِكَ هُمْ وَقُودُ النَّار»
”Bu və sonrakı ayə öncəki ayələrin həqiqi halını bəyan və şərh edərək belə buyurur: “Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdılar!”[3]
Bu ayədən anlaşılır ki, kafirlər öz mal- dövlətləri və övladları ilə
Allaha ehtiyacsız olacaqlarına inanırlar. Bu ayə bu düşüncənin səbəbini onların maddi ləzzət və meyillərinin onları aldatması olmuşdur ki, axirət işlərindən uzaqlaşaraq, dünyaya üz tutmuşlar. Çox mühüm işdən əl çəkib, məcazi işlərə qurşanmaışlar. Əmr onlara şübhəli görsəndi və anlamadılar ki, maddi ləzzətlərin hamısı bu dünyada vasitə olan müvəqqəti şeylərdir. Bütn bunlar Allah yanında olanlara çatmaq üçün başlanğıcdır. Bu da gözəl dayanacaqdan və gözəl aqibətdən ibarətdir.[4]
Həqiqətdə bu ayə və öncəki ayə bizə daha dərin xəbəri bizlərə vermək istəyir ki, Ey insan! Sənin ixtiyarında qoyduğumuz nemətləri, münasib şəkildə istifadə et və Allahı yaddan çıxartma və bu nemıətlərə səni Allahdan qəflətə salacağı və yoldan azdıracağı həddə bağlanma.
Əlaqəli göstəricilər:
Sual 12481 (sayt: 12241) Quran və kişilərin qadınlara nisbətən möhkəmliyi (sabitliyi).
Sual 9831 (sayt: 13079) Kişinin qadından üstün olmaması.
[1] - Al- İmran surəsi, ayə 14.
[2] - Babayi, Əhməd Əli, təfsire nümunədən götürülmüşdür, cild 1, səh 267.
[3] - Al- İmran surəsi, ayə 10.
[4] - Təba təbai, Muhəmmədhüseyn. Əl- mizan təfsirinin tərcüməsi, seyid Muhəmmədbaqir Musəvi Həmədani, cild 3, səh 148. Qum hövzəsi “came müdərrisin” İslam nəçriyyatı, Qum, 1374, ş 14.