Please Wait
Baxanların
26992
İnternetə qoyma tarixi: 2011/07/28
Saytın kodu fa782 Arxiv kodu 15492
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Xərçəngi yemək haramdırmı?
Sual
Mən çox eşitmişəm ki, xərçəngin yeyilməsi haramdır. Bu söz doğrudurmu? Əgər belədirsə haramdır, yoxsa məkruh?
Qısa cavab

Fəqihlərin (Allah onlardan razı olsun!) kəlamlarında suda yaşayan heyvanların ətinin halal olması üçün meyar verilmişdir. Onlar buyururlar: “Rəvayətlərdən belə əldə olunur ki, suda yaşayan heyvanların əti yeyilmir, yəni onun yeyilməsi haramdır,[1] yalnız balıq növləri istisna olunur. Bunların da təkcə pulcuqları olanlar halaldır.[2] Xərçəngdə də belə xüsusiyyət yoxdur.”

Qeyd edək ki, xərçəng ətinin haram olması üçün rəvayətlərdə xüsusi bir dəlil də gəlmişdir. İmam Musa ibni Cəfər (əleyhiməs-salam) buyurur: “Bir növ balıq olan cərrinin, tısbağanın və xərçəngin yeyilməsi haramdır.”[3] Deməli, İslam nəzərindən xərçəngin yeyilməsi haramdır.[4]

Əlavə məlumat üçün bax: Görünüş: “Meyqunun halal olmasının fəlsəfəsi”, nömrə 310



[1] Başqa sözlə desək, suda yaşayan heyvanların ətinin haram, yoxsa halal olmasında ilkin hökm onun haram olmasıdır.

[2] “Tovzihul-məsail”, (İmam Xomeyninin (r) risaləsinin haşiyəsi), 2-ci cild, səh. 595; Ayətullah Fazil Lənkəraninin (r) risaləsi, məsələ 2753; “Minhacul-möminin” (Mərəşi), 2-ci cild, səh. 188; “Minhacus-salihin” (Xoi), 2-ci cild, səh. 344; “Əl-fiqhu ələl-məzahibil-ərbəə və məzhəbi Əhlil-beyt (əleyhimus-salam)”, 2-ci cild, səh. 20, “ma yumnəu əkluhu və ma yubahu ov ma yəhullu” bölməsi, səh. 13

[3] “Vəsailuş-şiə”, 24-cü cild, səh. 147

[4] “Camiul-məsail”, Ayətullah Behcət (r), 4-cü cild, səh. 385; “Siratun-nəcat”, Ayətullah Təbrizi (r),  5-ci cild, səh. 407

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.