Please Wait
Baxanların
9083
İnternetə qoyma tarixi: 2011/06/27
Saytın kodu fa871 Arxiv kodu 14826
Dəstə Nizamlar hüquq və əhkam
Sualın xülasəsi
Nəcis paltarlar, iki hissəli yarı ovtomatik paltaryuyan maşınlar vasitəsi ilə pak olurlarmı?
Sual
Əgər patlarları iki hissəli yarı avtomatik paltaryuyan maşınarla yuyub və yuyulandan sonra bir başa yuyan hissədən qurudan hissəyə köçürək və qurudan hissənin yuxarısında qoyulan məcradan maşından boşaltmaq üçün şlanqla suya çəkək. Əgər yuyulmuş paltarlarda nəcis bir paltar olsa, bu yolla paltarların hamısını pak olmasına əmin olmaq olarmı?
Qısa cavab

Əgər nəcasətin eyni aradan gedəndən sonra, ker su paltarın hər yerinə yetişib və qurudanın fırlanması nəticəsində onun suyu xaric olsa, paltar pak olar.[1]

Aşağıda mərcələrin dəftərlərinin cavabını qeyd edirik.

Həzrət Ayətullah Xamineinin dəftəri:

Əgər nəcasətin eyni gedəndən sonra, boruya birləşən su paltaryuyan maşının içindəki paltarlara və maşının hər yerinə yetişsə və ondan ayrılıb və xaric olsa, pak olmasına hökm olunur.

Həzrət Ayətullah Fazil Lənkəraninin dəftəri:

Bəli, qurudanın fırlanması nəticəsində onun suyu xaric olandan sonra, pak olar.

Həzrət Ayətullah Məkarim Şirazinin dəftəri:

Əgər su şıanqını ona qoşub, su onun hər yerini tutsa və artıq sular çölə çıxsa, pakdır.

Həmçinin, özü neçə dəfə paltarı yuyub və onu suya çəkən avtomatik paltaryuyan maşını vasitəsi ilə paltarın pak olması barəsində olan sualın cavabında buyurdular:

"(Paltaryuyan maşının içindəki paltarlar) pakdır. Fərqi yoxdur ki, paltarları yuyan zaman boru sularına birləşmiş olsun ya da, o kəsiləndən sonra yumağa başlasın."[2]



[1] - İzahlı hökmlər (Əl- məhşi lil- imamil- Xumeyni), cild 1, səh 52, məsələ 54.

[2] - İzahlı hökmlər (Əl- məhşi lil- imamil Xumeyni), cild 2, səh 926, sual 8.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.