Ətraflı axtarış
Baxanların
6749
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
“Səkinə” ilə vəqarın arasında nə kimi fərq vardır? Bunların hər biri barəsində gələn ayə və rəvayətləri bilmək istərdim.
Sual
“Səkinə” ilə vəqarın arasında nə kimi fərq vardır? Bunların hər biri barəsində gələn ayə və rəvayətləri bilmək istərdim.
Qısa cavab

Əhli-beyt (əleyhimus-salam) rəvayətlərinin çoxunda bu iki kəlmə birlikdə işlənmişdir. Onlar eyni mənalı – sinonim olsalar da, lüğət alimləri bu iki kəlmə arasında belə fərq qoymuşlar: vəqar fiziki bədənlə əlaqədar aramlıq, “səkinə” isə qəlb və ruhla əlaqədar aramlıqdır.

Ətreaflı cavab

Ərəb dilində “vəqar” və “səkinə” kəlmələri aramlıq və sükunət mənasına gəlmişdir. Amma vəqar kəlməsi və zahiri və bədənlə əlaqədar aramlığa, “səkinə” isə batini və qərblə əlaqədar aramlıqda işlədilir.

 

Vəqarın mənası və ərəb dilində işlənmə yerləri

“Lisanul-ərəb” kitabında vəqarın mənası barəsində deyilir.

اَلْوَقْرُ: ثِقَلٌ فِي اْلاُذُنِ، بِالْفَتْحِ، وَ قِيلَ: هُوَ أَنْ يَذْهَبَ السَّمْعُ كُلُّهُ، وَ الثِّقَلُ أَخَفُّ مِنْ ذَلِكَ

“Vəqr” (vəqar) qulaqda ağırlıq mənasınadır. Deyilmişdir ki, eşitmə qüvvəsinin tam aradan getməsi mənasınadır. Amma “siqəl” (ağırlıq) o yerdə deyilir ki, eşitmə qabiliyyətindən bir qədər qalmış olsun. “Viqr” isə ağır bir şeyi çiyinə və ya başa qoyub aparmaq mənasınadır: “Caə yəhmilu viqrəhu” – yəni başına qoyduğu yüklə gəldi.[1]

Buna əsasən, aramlıq mənasına işlənən vəqar kəlməsi ona görə belə işlənir ki, sanki, insana təsir qoyan ağırlıq səbəbi ilə onu aram və sükunətli etmişdir.

“Lisanul-ərəb” kitabında deyilir: اَلْوَقَارُ: اَلْحِلْمُ وَ الرَّزَانَةُ “Vəqar helm (dözümlü olmaq, tez əsəbi olmamaq) və mətanət mənasına gəlmişdir.”[2]

Bu məna da dediyimiz ağır yükün təsirlərindəndir.

“Səkinə”nin mənası və onun ərəb lüğətində işlənmə yerləri:

“Əttəhqiqu fi kəlimatil-Quranil-Kərim” kitabında deyilir: “Sükun – hərəkətin antonimidir, sabitlik və qərarlaşma mənasınadır. Bu kəlmə həm maddi, həm də ruhi sabitlik mənasına gəlmişdir. Batini qərarlaşmaya “tümə’ninə” deyilir ki, bu da təşviş və iztirabın aradan qalxması mənasınadır.[3]

Həmin kitabın müəllifi “səkinə” kəlməsinin barəsində deyir: “Fəilə” vəznində olan “səkinə” sükunət kəlməsindən alınmışdır və sabit və qərarlaşan şeyə deyilir. Quranda “səkinə” dedikdə məqsəd Allah tərəfindən “raihə”nin nazil olmasıdır ki, bu da aramlıq və sükunətin nazil olaraq iztirab və təşvişin tamamilə qəlbdən çıxmasına səbəb olur.[4]

Quran və rəvayətlərdə “vəqar” və “səkinə” kəlmələrinin işləndiyi yerlər və onun mənası:

Quranda “vəqar” kəlməsi bir yerdə, o kökdən alınan başqa kəlmələr isə səkkiz yerdə işlənmişdir.[5]

“Səkinə” kəlməsi və bu kökdən alınan kəlmələr 65 dəfə işlənmişdir ki, onun bəziləri bizim bəhsimizlə əlaqəli deyildir. Amma “səkinə”[6], “səkinətəhu”[7] “əssəkinə”[8] insanın daxili və ruhi aramlığı mənasınadır.

Lüğət alimlərinin “səkinə” və “vəqar” barəsində dediyi mənalar bu ayələrdə mövcud olan şahidlərdən götürülmüşdür. Nümunə üçün, “Fəth” surəsinin 4-cü ayəsində deyilir:

هُوَ الَّذي أَنْزَلَ السَّكينَةَ في‏ قُلُوبِ الْمُؤْمِنينَ لِيَزْدادُوا إيماناً مَعَ إيمانِهِمْ

“O (həmin Allahdır) ki, aramlığı möminlərin qəlblərinə nazil etdi ki, imanların üzərinə iman artsın.” Bu cümlədəki “qəlblər” kəlməsinin şahidliyi ilə səkinə kəlməsindən məqsəd ruhi aramlıqdır. “Nuh” surəsinin 13-cü ayəsində oxuyuruq:

مَا لَكُمْ لا تَرْجُونَ لِلَّهِ وَقَاراً

“Nə üçün siz Allahın əzəmət və vəqarına ümid bəsləmirsiniz?!” Təfsirçilər bu ayədəki “vəqar” kəlməsini ağırlıq və əzəmət kimi məna etmişlər.

Bir çox rəvayətlərdə “vəqar” və “səkinə” kəlmələri sinonim şəklində və bir yerdə işlənmiş, bəzi rəvayətlərdə isə “səkinə”nin xüsusi mənası – “iman” nəzərdə tutulmuşdur.[9]

Bu rəvayətlərdən məlumat əldə etmək üçün “Camiul-əhadis” proqramlarında “səkinə” və “vəqar” kəlmələrini birlikdə axtara bilərsiniz

 


[1] İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 5-ci cild, səh. 289, “Darus-sadir”, Livan, 1414-cü qəməri il

[2] Yenə orada

[3] Müstəfəvi, Həsən, “Əttəhqiq fi kəlimatil-Quranil-Kərim”, 5-ci cild, səh. 163, “Kitab tərcümə və nəşri” qurumu, Tehran, 1360-cı şəmsi il

[4] Yenə orada, ayə: 165

[5] “Ənam” surəsi, ayə: 25, “İsra” surəsi, ayə: 36, “Kəhf” surəsi, ayə: 57, “Loğman” surəsi, ayə: 7, “Fussilət” surəsi, ayə: 5 və 44, “Fəth” surəsi, ayə: 9, “Zariyat” surəsi, ayə: 2, “Nuh” surəsi, ayə: 13

[6] “Bəqərə” surəsi, ayə: 248

[7] “Tövbə” surəsi, ayə: 26, 40, “Fəth” surəsi, ayə: 26

[8] “Fəth” surəsi, ayə: 4 və 18

[9] Kuleyni, Məhəmməd ibni Yəqub, “Əl-kafi”, 2 cild, səh. 15, hədis , 1, 1365-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İslamda münəccim insanlar hansı dəyər və üstünlüklərdən bəhrələnirlər?
    5312 Hədis 2015/05/04
    "Ulduzlar" sözünün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və bəzi İmamlarımızın (əlyehimussalam) dövründəki mənası ilə bu günkü ulduzlar elmi mənası arasında fərqi var. Keçmiş zamanlarda ulduzlar elmi, ulduzlar barəsində təhqiq və araşdırmalar mövzusuna çox az işlədilirdi və ən çox ulduzlar vasitəsi ilə falçılıq, gələcəkdən proqnoz ...
  • Nəfsi kamilləşdirmək və özünü düzəltmək üçün haradan başlamaq lazımdir?
    9027 Nəzəri əxlaq 2013/02/02
    Təzkiyə, yəni nəfsin çirkinliklərdən təmizlənməsi. Qurani kərimdə də nəfsin təmizlənməsinin əhəmiyyəti bəyan edilmişdir. Amma bunu da qeyd etmək lazımdır ki, nəfsin təmizlənməsinin başlanğıc nöqtəsi və özünü düzəltmə hər bir şəxsdə müxtəlifdir. İslamda olmayan şəxs üçün başlanğıc İslamı qəbul etməkdir. Möminlər üçün isə birinci mərhələ özünü tənbeh və ...
  • Aya mən edə bilərəm İslami bank qayda qanunlarını icra etməyən bankdan səham alım?
    4907 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Edə bilmərsiniz. Həzrəti ayətullah- ul- üzma Məkarim şirazi (Allah izzətin artırsın)İcazə verilmir Həzrəti ayətullah- ul- üzma Safi Gülpayqani (Allah izzətin artırsın)Riba (sələm) ilə gəliri olan müəssisələrdən səham ...
  • Çox danışmağı müalicə etmək üçün hansı yollar vardır?
    10058 Nəzəri əxlaq 2012/01/19
    Dil Allahın insana verdiyi ən böyük nemətlərdən biri, başqaları ilə əlaqələrin inkişaf etdirilməsi üçün gözəl bir vasitədir. Amma bunun çoxlu bəlaları da vardır ki, sonsuz günahların mənşəyi ola bilər. Buna görə də insan dilini nəzarət altına almaq və ondan yerində istifadə etmək üçün gərək hər gün sübh ...
  • İnsanın yer üzündə “Allahın xəlifəsi” olmasının dəlilləri nədir? Quran ayələri və islam rəvayətləri bu mövzunu dəstəkləyirmi?
    8321 Qədim kəlam 2012/04/10
    Quran müfəssirləri “Bəqərə” surəsinin 30-39, həmçinin “Fatir” surəsinin 39-cu və sair ayələrinin izahında insanın Allahın yer üzündəki canişini və xəlifəsi olması barəsində ətraflı bəhslər irəli çəkmişlər. Bəziləri demişlər ki, canişin dedikdə bundan əvvəl yer üzündə yaşayan mələklərin canişini olmaqdır. Bəziləri inanırlar ki, əvvəllər yer üzündə yaşayan sair ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43033 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...
  • Tələsmənin aradan qaldırılması üçün nə etmək lazımdır?
    5844 Nəzəri əxlaq 2012/04/17
    Tələsmə (təlskənlik), dini təlimlərdə qadağan olunmuş işlərdəndir. Onun mənası isə işləri yerinə yetirməkdə tez addım atmaqdır. "Tələsmənin", "sürət" və "yerində addım atmaqla" fərqi vardır. Sürətin mənası budur ki, insan, lazım olan şərait və hazırlıq işlərindən sonra fürsəti əldən verməyə və işi yerinə yetirmək üçün qədəm götürə (addım ...
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    5994 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...
  • Təvəssül nədir? Quran və sünnətdə onun şəri bir iş olmasına dəlil nədir?
    19936 Qədim kəlam 2012/06/23
    Müxtəlif dövrlərdə müsəlmanların arasında adi və rəvacda olan bir iş – mütəal Allahdan başqasına təvəssül etmək, peyğəmbərlərdən və ilahi övliyalardan kömək istəmək Allahın fellərində şərik qoşmaq mənasına deyildir. Əksinə, məqsəd budur ki, Allah-taala insanların istək və hacətlərini bu ilahi övliyaların varlıq bərəkəti ilə yerinə yetirir. Həqiqətdə bu ...
  • İslam dinini, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sirə və davranışını musiqi və ğina yolu ilə təbliğ edib yaymaq olarmı?
    5385 Nizamlar hüquq və əhkam 2012/09/24
    Ümumi şəkildə islam dininin, xüsusi şəkildə isə Peyğəmbərin (səlləllahu əleyhi və alih) əməl və davranışının təbliği ən mühüm məsələlərdən biridir ki, onun təbliğ və icrası yolunda dərindən diqqət yetirmək lazımdır. Bu işdə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 1. İslam dininin və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162980 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155283 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117866 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109869 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99258 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91451 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53444 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45581 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43857 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43033 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...