Ətraflı axtarış
Baxanların
5372
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Məhşərin yeri necə bir yerdir?
Sual
Məhşərin yeri necə bir yerdir?
Qısa cavab

Məhşər və ya qiyamətin yeri vücudi cövhər (zat) baxımından dünya torpağı ilə, qiyamətin vücud mərtəbəsi də dünya və təbiət aləmi ilə fərqlidir. Dünya cisimlərində mövcud olan dəyişkən hissələrin varlığı qiyamətin vücud mərtəbəsi ilə ziddir. Buna görə də cismani məada inananlar deyirlər ki, dünya aləmində kəsif əxlat (çirkli qarışıqlar), ziddlər və hissələrdən tərkib tapan insanın ünsür bədəni qiyamət səhnəsində nurani, zatən diri, əbədiyyətə məhkum olunan, fəsaddan (xarab olub dağılmaqdan) pak olan, xəstəlik və bu kimi arizələrdən uzaq olan bədən surətində məhşur olacaqdır. Yəni bu dünyada ilkin və ikinci dərəcəli hissələrdən tərkib tapan insanın qiyamətdə yalnız əsil hissələri məhşur olacaqdır. Buradan aydın olur ki, insanın məhşur olduğu məkan da qiyamətdəki nəş’ə (vücud aləmi) ilə müvafiq olacaqdır; yəni digər bütün varlıqlarda olduğu kimi, oranın torpağı da özünün təkamül prosesini xilqətinin birinci günündən başlayaraq o zamana (qiyamətə) qədər davam etdirir ki, onun bütün zidd ünsürləri ondan alınsın, pak və çirkinliklərdən uzaq bir torpaq ünsürünə çevrilsin. Məhşər günündə də insanlar onun üstündə məhşur olacaqlar. Bəzi rəvayətlərə uyğun olaraq qiyamətin torpağında heç bir bina yoxdur ki, insanın üstünü örtsün, o yerin üstü çala-çuxur deyil ki, görməyin qarşısını alsın. O, üstünə qan tökülməmiş və üzərində günah iş görülməmiş ağ gümüş kimidir.

Ətreaflı cavab

يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَ السَّماواتُ...  “O gün yer və asiman hazırkından tam başqa bir şəklə düşəcəkdir” ayəsinə əsasən məhşərin torpağı bu dünyanın torpağı ilə tam fərqlidir. Mərhum Əllamə Təbatəbai يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبارَها بِأَنَّ رَبَّكَ أَوْحى‏ لَها “O gündə yer öz xəbərlərini hekayət edər”[1] ayəsinin təfsirində yazır: Yer Allahın vəhyi və fərmanı əsasında danışacaq, onda baş vermiş olan hadisələrdən söhbət açacaqdır. Deməli, yerin də özünə görə şüuru vardır, onda baş verən hər bir əməli başa düşür, xeyri və şəri bir-birindən ayırır və onu şəhadət vermək üçün saxlayır. Nəhayət, ona icazə verilən bir gündə – qiyamət günündə şahidlik edərək, onda baş verən hadisələri xəbər verəcəkdir. وَ إِنْ مِنْ شَيْ‏ءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَ لكِنْ لا تَفْقَهُونَ تَسْبِيحَهُمْ “Elə bir şey yoxdur ki, Allaha həmd ilə yanaşı təsbih deməsin (Onu hər növ eyb və nöqsandan pak-pakizə bilməsin), lakin siz onun təsbehlərini dərk etmirsiniz.”[2], həmçinin قالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْ‏ءٍ" “Deyərlər: Hər bir şeyi nitqə gətirən Allah bizi (də) nitqə gətirdi”[3] ayələrinə diqqət yetirməklə məlum olur ki, həyat və şüur kainatın bütün varlıqlarında mövcuddur, hərçənd ki, biz onların necə həyata malik olmasından xəbərsizik.[4]

Digər tərəfdən, bu aləmin bütün varlıqları hərəkət halındadır, təkamülə doğru olan bu hərəkətlərini Mütləq Kamala çatdıqları bir günə qədər davam etdirirlər. Təkamül prosesi qüvvədən (ən zəif mərhələdən) felə (son kamala) doğru olmaqla varlıq aləminin bütün hissələrinə, o cümlədən asimanlara və yerə hakimdir. Bu və qeyd olunan yuxarıdakı məsələ yerin də belə bir təkamül prosesinə malik olduğunu göstərir.

“Cismani məad” bölməsində isbat olunduğu kimi, insan qiyamətdə elə bu bədənlə məhşur olacaqdır, lakin insanın ünsür bədəni təbiət aləmində – dünyada kəsif əxlat (çirkli qarışıqlar), ziddlər və hissələrdən təşkil olunduğuna baxmayaraq, qiyamət başlanan zaman nurani, zatən diri, əbədiyyətə məhkum olunan,  fəsaddan – xarab olmaqdan uzaq, xəstəlik və sair kimi arizələrdən pak-pakizə şəkildə məhşur olacaqdır. Yəni bu dünyada əsil və ikinci dərəcəli hissələrdən təşkil olunan insanın qiyamətdə yalnız əsil hissələri məhşur olacaqdır.[5] Bununla aydın olur ki, insanın məhşur olduğu məkan da həmin nəş’əyə (yeni həyata) uyğun olacaqdır. Yer də digər bütün varlıqlar kimi özünün təkamül prosesini xilqətinin ilk günündən başlamışdır[6] və o günə qədər davam etdirəcəkdir ki, ondakı ziddlərin hamısı ondan alınsın, çirkinliklərdən pak-pakizə bir torpaq halına düşsün. Şərif ayəyə əsasən, o gündə yer insanların əməllərinə şəhadət verəcəkdir. Qiyamət adlanan həmin nəş’ədə özünün vücud mərtəbələrinin seyrində ikinci dərəcəli hissələr və çirkinliklərlə zidd olan ən yüksək vücud mərtəbələrinə çatacaqdır. Nəhayət, qiyamət aləmi təbiət aləminin  və quruluşunun vücudi kamalı olacaqdır. Bu iki nəş’ənin hər birinin zati vücudları digəri ilə ziddir. Belə ki, dünya və təbiət aləmini təzəcə açılmış çiçəyə, axirət aləmini isə təzə yetişmiş kamil meyvəyə oxşatmaq olar ki, idrak şüur və həyat sahibi olacaqdır.[7]

Həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Qiyamət günü insanlar pak-pakizə çörək dairəsinə oxşayan ağ və xalis yerin üzərində məhşur olacaqlar; belə  ki, heç kəs üçün onun üstündə nişanə yoxdur.”[8] Yəni insanın üstünü örtə biləcək heç bir bina, gözün görməsinin qarşısını alacaq çala-çuxur və alçaq-uca yer yoxdur. Onun yerinin bu dünya yeri kimi olduğunu güman etmə, yalnız adda onunla birdir. İbni Abbas demişdir: “Onda ağaclar, dağlar, dərələr, bunların içində olanlar aradan gedəcəkdir, Ukaz dərisi kimi səriləcəkdir.[9] Üzərinə heç bir qan tökülməyən və üstündə heç bir günah törədilməyən ağ gümüşə bənzəyir. Asimanlar Günəş, Ay və ulduzlarla birlikdə aradan gedəcəkdir.”[10]

 


[1] “Zilzal”  surəsi, ayə:  4

[2] “İsra”  surəsi, ayə:  44

[3] “Ha-mim Səcdə”  surəsi, ayə:   21

[4] Əllamə Təbatəbai, “Əl-mizan” təfsiri, 20-ci cild, səh. 342, “Camieyi müdərrisin”in nəzdində fəaliyyət göstərən “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 1417-ci qəməri il

[5] Bax: Sual 14414 (sayt: 14773), “Cismani məad və ikinci dərəcəli üzvlərin qayıtmaması”

[6] Məhəmməd Şücai, “Məad, yaxud Allah dərgahına qayıdış”, səh. 72, “Şirkəti səhamiye intizar”, bi. ca, payız, 1362-ci şəmsi il

[7] Seyid Məhəmməd Hüseyni Həmədani, Derəxşan, “Üsuli Kafidən bəzi hissələr”, 4-cü cild, səh. 7, Qumun elmiyyə çapxanası, 1363-cü şəmsi il

[8] “Səhihi-Müslim”, 8-ci cild, səh. 127; “Səhihi Buxari”, 8-ci cild, səh. 135, Molla Möhsün Feyz Kaşaninin “Əl-məhəccətul-beyza fi təhzibil-əhya” kitabının nəqlinə əsasən, təshih və əlavələr: Əli Əkbər Ğəffari, 8-ci cild, səh. 322, “Camieyi müdərrisin”in islami nəşriyyat müəssisəsi, Qum, 4-cü çap, 1417-ci hicri qəməri il

[9] Ukaz – Məkkədə bir bazarın adıdır. Ərəblər hər il orada bir yerə yığışıb bir ay qalır, alver edir, şer oxumaqla bir-birinə öyünürdülər.

[10] Molla Möhsün Feyz Kaşaninin “Əl-məhəccətul-beyza fi təhzibil-əhya” kitabının nəqlinə əsasən, təshih və əlavələr: Əli Əkbər Ğəffari, 8-ci cild, səh. 322, “Camieyi müdərrisin”in islami nəşriyyat müəssisəsi, Qum, 4-cü çap, 1417-ci hicri qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Гуран үч ҹәһәтдән мөҹүзәдир: а) сөз; б) мөвзу; в) Гураны ҝәтирән; бунларын һәр үчүнүн илаһи олмасына нә гәдәр дәлаләт едир?
    6528 Quran elmləri 2010/04/22
    Бу суалын хүласә ҹавабы јохдур. Изаһлы ҹавабы сечин ...
  • Нәјә ҝөрә гадынын ирсдә пајы кишинин ирсинин јарысы гәдәрдир?
    6911 Nizamlar hüquq və əhkam 2010/07/18
       Кишинин ирсинин гадынынкындан чох олмасынын сәбәбләриндән бири гадынын аилә хәрҹләринин кишинин өһдәсиндә олмасыдыр. Јәни, киши өз хәрҹләрини өдәмәкдән әлавә гадынын вә ушагларынын да јашајыш хәрҹләрини өдәмәлидир. Башга тәрәфдән, киши меһријјәни верән, гадын исә аландыр.
  • Dünyada xeyir və şər, gözəllik və çirkinlik olmasına rəğmən Allahın mehriban olmasını neçə isbat etmək olar?
    24950 Qədim kəlam 2011/09/10
    Allah insanı mümkün olan ən yaxşı halda yaratmış, onun həm bu dünyadakı, həm də o biri dünyadakı ehtiyaclarını, tamamilə, təmin etmişdir. Daha doğrusu, bütün varlıqları insan və ona xidmət etmək üçün yaratmışdır. Bunun özü Allahın insana qarşı nə qədər mehriban olduğunu göstərən ən güclü arqumentdir. Habelə O, başqa varlıqlara qarşı ...
  • Əhli- beytin hədəf və rolu nədir?
    8270 Qədim kəlam 2011/06/28
    Peyğəmbər (s)- in Əhli- brytinin fəziləti (ki, həmin beş ali- əbadır, yəni həzrət Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) ) Şiə və sünnidən olan çoxlu rəvayətlərdə nəql olunmuşdur. Peyğəmbər (s)- in bu şəxslərin məqam və mövqeyinə təkid etməsinin səbəbi, qohumluq əlaqələrinə görə olmamışdır. Əksinə onların fikir, düşüncə, əməl, ...
  • Adətən, tərkibində bir qədər spirt olan ağız yuyucu maddələrin hökmü nədir?
    5843 Nizamlar hüquq və əhkam 2011/09/12
    Əslində və zatən məstedici mayelərdən olub-olmaması məlum olmayan spirtlərin[1] paklığına hökm olunur. Onun alveri, onunla qarışmış mayelərdən istifadə etməyin (udmamaq şərti ilə) işkalı yoxdur.[2]
  • İmam Hüseynin (ə) surəsi hansıdır?
    12630 Təfsir 2011/10/31
    Mübarək fəcr surəsi İmam Hüseyn (ə) surəsi kimi məşhurdur.[1] İmam Sadiq (ə) buyurur: Fəcr surəsini hər vacib və müstəhəb namazda qılın ki, Hüseynin (ə) surəsidir. Hər kəs bu surəni oxuyarsa, qiyamətdə Hüseyn bin Əliylə (ə) onun birinci dərəcəsində cənnətdə olacaq.[2] Bu surənin axırıncı hissələrində, aram ...
  • "Əhli-beyt" kimə deyilir?
    20542 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • Hicabın fəlsəfəsi nədir? Niyə görə İslam qadınlara məhdudiyyət qoyur?
    11455 İslam fəlsəfəsi 2011/06/28
    Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda, təhsil almaq, qələm və söz azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.Lakin fiziki və ruhi cəhətdən bir-biri ilə çox sayda fərqləri vardır və bu fərqliliklər ictimaiyyətdə hicabı qorumaq və ona riayət etmək ...
  • Bütün İlahi peyğəmbərlər kitaba malik olmuşlarmı? Əgər belədirsə, həzərt Nuhun (ə) kitabınıb adı nədir?
    6630 Qədim kəlam 2012/04/18
    Quran və rəvayətlərdə həzrət Nuhun (ə) kitabının adı barəsində heç bir məlumat qeyd olunmamışdır. Amma “Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik və onlarla kitab və ... nazil etdik” ayəsi onu göstərir ki, bütün İlahi peyğəmbərlər kitab sahibi olmuşalar. Əlbəttə bu ayəni fərqli təfsir edən rəvayətlər də mövcuddur. Həmçinin ...
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    6178 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162981 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155285 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117867 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109872 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99264 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91451 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53444 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43858 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43034 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...