Ətraflı axtarış
Baxanların
7074
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında olan şəhidlərin neçəsi Peyğəmbər səhabəsi idi?
Sual
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında iştirak edən şəhidlərdən neçəsi Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi idi?
Qısa cavab

Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir və Əbdullah ibni Yəqtər.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam) hicrətin 61-ci ilində qiyam etmişdi. Buna diqqət yetirməklə Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bəzilərinin imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri arasında olması uzaq ehtimal deyildir. Çünki imam Hüseyn (əleyhis-salam)-la bir yaşda olanlar, eləcə də ondan bir neçə yaş böyük olanlar Peyğəmbərin dövründə olmuşdular. Kərbəla hadisəsində onların altmışdan artıqdan yaşı var idi. O həzrətin səhabələri arasında Peyğəmbər səhabələrindən bir nəfər olmasaydı belə, Aşura qiyamının haqq olmasından heç bir şeyi azalmazdı. Çünki Aşura ilə Peyğəmbərin dövrü arasında uzun zaman fasiləsi olduğuna görə Peyğəmbər səhabələri əksərən ya dünyadan getmişdilər, ya da yaşları çox olduğuna görə müharibədə iştirak edə bilməzdilər. Bununla eyni zamanda imam Hüseyn (əleyhis-salam) köməkçiləri arasında olan və şəhadət məqamına çatan Peyğəmbər səhabələrindən bir neçəsinin adını qeyd edirik:

1. Ənəs ibni Hərəs Kahili

Səmavi “İbsarul-eyn fi ənsaril-Hüseyn (əleyhis-salam)” adlı kitabında onun adını Kərbəla şəhidlərinin içində qeyd etmişdir.[1] Mərhum Şeyx Tusi də onu həm Peyğəmbər səhabələri arasında,[2] həm də imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri sırasında olub şəhadətə çatanlardan biri kimi qeyd edir.[3] Bu Peyğəmbər səhabəsinin adını qeyd edərkən “o, imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhadət məqamında çatmışdır” deyə xatırladır. O elə böyük şəxsiyyətli və məşhur bir insan idi ki, Əllamə Möhsin Əminin “Ə’yanuş-şiə” kitabında qeyd etdiyinə əsasən[4] məşhur Əhli-beyt şairi Kümeyt ibni Zeyd öz şerlərində onun adını çəkir və deyir:

سوى عصبة فیهم حبیب معفر             قضى نحبه و الکاهلی مرمل

“O qrupdan başqa ki, Həbib onların içində idi, şəhadətə çatdı və Kahili qanına qəltan oldu.”

2. Həbib ibni Müzəhhər.[5]

O, həm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, həm də imam Əli (əleyhis-salam)-ın ən böyük səhabələrindən biri olmuş, hər üç müharibədə: Nəhrəvan, Cəməl və Siffeyn müharibələrində iştirak etmişdir.[6] Şeyx Tusi (rəhmətullahi əleyh) onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etməmişdir, amma onu imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın səhabələri sırasında qeyd edir.[7] Bəzi alimlər, o cümlədən “İbsarul-eyn” kitabının müəllifi onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etmiş və Kərbəlada şəhadət məqamına çatmasını demişdir.[8]

3. Müslim ibni Ovsəcə.

“İbsarul-eyn” kitabında onun adı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın səhabələri cərgəsində qeyd olunur.[9] Əllamə Möhsün Əmin də “Ə’yanuş-şiə” kitabında imam Hüseyn (əleyhis-salam)-ın səhabələrinin adını qeyd edərkən onu Peyğəmbərin səhabələrindən biri kimi qeyd etmişdir.[10]

4. Hani ibni Ürvə.

Kərbəlada şəhid olan Peyğəmbər səhabələrindən biri də Hani ibni Ürvədir. O Muradi qəbiləsinin ağsaqqalı və böyük şəxsiyyətli insanı idi və Əli (əleyhis-salam)-ın önündə hər üç müharibədə iştirak etmişdir.[11]

5. Əbdullah ibni Bəqtər (Yəqtər) Ümeyri.

Onun özü imam Hüseyn (əleyhis-salam)-ı süd qardaşı,[12] atası Bəqtər (Yəqtər) isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xidmətisi idi. O, imam Hüseyn (əleyhis-salam)-ın yazdığı bir məktubu Kufəyə Müslim ibni Əqilə aparmışdı. Sonralar tutulmuş və həmin yerdə də İbni Ziyadın (lənətullahi əlehy) vasitəsi ilə şəhadətə çatmışdı.[13]



[1] Səmavi, Məhəmməd ibni Tahir, “İbsarul-eyn fi ənsaril-Hüseyn”, Məhəmməd Cəfər Təbəsinin tədqiqi ilə, səh. 192, “İslami təhqiqat” mərkəzi, Qum, 1384-cü şəmsi il

[2] Tusi, Məhəmməd ibni Həsən, “Kitabur-rical”, səh. 21, “Heydəriyyə” nəşriyyatı, Nəcəf, 1381-ci qəməri il

[3] Yenə orada, səh. 99

[4] Amili, Möhsün Əmin, “Ə’yanuş-şiə”, 3-cü cild, səh. 500, “Darut-təarif”, Beyrut, 1406-cı qəməri il

[5] “Ə’yanuş-şiə” kitabının müəllifi Həbib ibni Məzahiri “Həbib ibni Müzəhhər” kimi qeyd və bu cür yazılışı daha səhih hesab edir. “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[6] Mühəddisi, Cavad, “Fərhəngi Aşura”, səh. 151, “Məruf” nəşriyyatı, Qum, 1381-ci şəmsi il

[7] “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[8] “İbsarul-eyn”, səh. 193

[9] Yenə orada

[10] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 612

[11] Mərhum Səmavi onun adını Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən biri kimi qeyd edir. Yaş baxımından Hani öz qəbiləsinin böyük şəxsiyyəti, şeyxi və ağsaqqalı olduğundan, habelə imam Hüseyn (əleyhis-salam)-dan bir neçə yaş böyük olduğuna görə Peyğəmbər səhabələrindən olması uzaq ehtimal deyildir. “Əbsarul-uns” surəsi, ayə: 192

[12] Ricali Tusi” səh. 103

[13] “Fərhəngi Aşura”, səh. 323. Rical kitablarında onun adı Peyğəmbər səhabələri cərgəsində qeyd olunmasa da, onun özünün imam Hüseyn (əleyhis-salam)-ın süd qardaşı və atasının Peyğəmbərin xidmətçisi olduğuna diqqət yetirməklə belə bir hadisənin baş verməsi uzaq ehtimal deyildir. Buna görə də “İbsarul-eyn” kitabında onun da adı Peyğəmbər səhabələrindən bir kimi qeyd olunmuşdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İdman məqsədi ilə dans etməyin işkalı var?
    6415 Nizamlar hüquq və əhkam 2011/11/12
    Sizin sualınızın araşdırmasında əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Rəqs etmək əgər şəhvəti təhrik etməyə səbəb olarsa, ya haram işə səbəb olarsa, ya fəsada gətirib çıxararsa və ya qadının qəsdən naməhrəm kişilər arasında olarsa. haramdır. Həzrəti ayətullah- ul- üzma ...
  • Teyyul- ərz nədir?
    12753 Nəzəri irfan 2011/06/19
    Teyyul ərzin həqiqəti barəsində bir çox nəzəriyyələr verilmişdir ki, onlardan biri İbni ərəbinin "edam və yaratmaq (və ya hazır etmək) nəzəriyyəsidir. Bu nəzəriyyə əsasında, şəxs özünü ilk yaranış yerindən "edam" və istədiyi yerdə "icad" hazır edir. Başqa bir nəzəriyyəyə görə Təyyul- ərz bədənin ən tez bir zamanda köçürülməsidir ...
  • Bizim iqtisadiyyatımız hansı əsasda dövr edir: sərmayə, istehsal, dəllallıq?
    5926 Nizamlar (Qurluşlar) 2012/06/23
    İslamda iqtisadiyyatın müstəqil və müstəsna mahiyyəti vardır. Onun meyar və dəyərləri Quran, sünnət, icma və əqldən əldə olunur. İslami iqtisadiyyatın müxtəlif əsasları vardır ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir: normal halda olmaq, ədalət, istehsal, sərmayənin və sərvətin dövriyyəyə buraxılması. Bunların arasında ədalət islam iqtisadiyyatında mühüm bir prinsip ...
  • Təfsiri be rəylə o təfsir ki, onda bir açıq fikirli (xəbəri vahidi müvəssəq) nəzərdən istifadə olubdur, fərqi nədir?
    6347 Təfsir 2012/09/15
    Bəzi elmlərin Quranla əlaqəsi bir cürdür ki, onlar olmadan Quran ayələrini təfsir və təhlil etmək olmur; sərf və nəhv və bəyan, lüğət və... Quranı daha yaxşı anlamaqda dəxaləti olan bütün elmlərin, müfəssir mahir şəkildə bilməlidir. Quranda am və xas, mütləq və müqəyyəd, nasix və mənsux ...
  • Təşbeh qəbilindən İsanı “Allahın oğlu” hesab etmək olarmı?
    5689 Qədim kəlam 2012/04/10
    “İbnullah” (Allahın oğlu) kəlməsi həqiqi mənada olan “ata-oğul” mənasından başqa heç bir digər mənanı çatdırmır. “Allahın əli”, “Allahın xəlili” və s. ifadələrin öz həqiqi mənalarında Allah üçün işlədilməsi qeyri-mümkündür və mütəal Allaha övlad aid edilməsi Onun bəsit və mütləq (qeyri-məhdud) olan vücudu ilə ziddiyyətlidir. Digər tərəfdən, əgər ...
  • İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
    6658 Qədim kəlam 2011/02/14
    Etiqad elmi baxımından, ismət məqamına yiyələnən hər bir şəxsə "məsum" deyilir. Məsum o insandır ki, Allahın lütf və mərhəməti sayəsində hər bir günah və çirkinlikdən amanda qalaraq o çirkinliklərdən çəkinir. Kiçik səhvlərdən belə uzaq olub, günah və xətalardan üz çevirir. Hər zaman səy edir ki, o xəta və səhvlərdən amanda ...
  • Naməhrəmə əl vermək barəsində İslamın nəzəri nədir?
    6308 Əməli əxlaq 2012/09/03
    Müxalif cinsə əl vermək bəlkə də insanların çoxu üçün şəhvətə səbəb olmasa da, bəzi şəxslər var ki, belə qısa əlaqə ilə də həvəslənirlər. Nəzərə alsaq ki, birinci dəstənin içində də elə şəxslər ola bilər ki, özlərini səmimi göstərməklə qeyri- qanuni əlaqələrə şərait yarada bilərlər. Buna ...
  • Шејтан (Иблис) мәләкләрдән јохса, ҹинләрдән иди?
    7613 Təfsir 2010/06/13
    Шејтанын мәләкләрдән јахуд ҹинләрдән олмасы һаггында мүхтәлиф нәзәријјәләр вар. Мүнагишәнин көкү она әсасланыр ки, Аллаһ-таала Адәми (әлејһиссалам) јаратдыгдан сонра Илаһи фәрманла мәләкләр она сәҹдә (еһтирам) едирләр. Амма Шејтан сәҹдә етмир. Шејтанын (Иблисин) мәләкләрдән олмасыны иддиа едәнләрин бир групунун әсас дәлилләриндән бири будур ки, ...
  • Qabil Habili niyə öldürdü?
    11227 Hədis elmləri 2011/05/31
    Quran ayələrindən istifadə olunur ki, Habilin Qabilin əli ilə öldürülməsinin səbəbi, Qabilin vücudunda alovlanan çirkin həsəd sifəti olubdur və sonda Habilin məzlumcasına öldürülməsinə gətirib çıxardı. ...
  • Seçilmiş dörd qadının və onların atalarının adı nədir?
    13229 تاريخ بزرگان 2011/09/11
    Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162975 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155259 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117860 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109854 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99224 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91439 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53434 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45545 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43847 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43024 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...